Icma.az
close
up
RU
Analitik: Qəzzada qarşıdurmanın yenidən şiddətlənməsi mümkündür

Analitik: Qəzzada qarşıdurmanın yenidən şiddətlənməsi mümkündür

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Aytən Qurbanova: Trampın bəyanatı heç də təsadüfi deyil və təəccüb yaratmır


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrailin son hava zərbələri Qəzzadakı atəşkəs razılaşmasını pozmayacaq.

Tramp bu fikri Tokiodan Cənubi Koreyaya uçarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlayıb.

O, bildirib ki, İsrail əsgərinin öldürülməsindən sonra hava hücumları həyata keçirilib və bu addımı “müvafiq cavab” adlandırıb.

“İsraillilər cavab verməlidirlər və belə hallarda bu, tamamilə təbiidir. Heç nə atəşkəsi təhlükə altına qoymayacaq”, — Tramp vurğulayıb.

ABŞ Prezidenti həmçinin HAMAS-ı “Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsi” adlandıraraq, “əgər onlar razılaşmaya əməl etsələr, yaxşı olacaq, yox əgər etməsələr — məhv ediləcəklər”, deyib.

Tramp qeyd edib ki, Qəzzada atəşkəs planının ikinci mərhələsinə keçid prosesdədir. Bu plan israilli girovların azad edilməsi və Qəzzanın bərpası kimi müddəaları özündə ehtiva edir.

Qeyd edək ki, oktyabrın 10-da qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin son hücumlarında ən azı 60-dan çox fələstinli, o cümlədən uşaqlar həlak olub.


Politoloq Aytən Qurbanova Sherg.az-a söyləyib ki, Trampın bəyanatı heç də təsadüfi deyil və təəccüb yaratmır:


"Çünki ilk günlərdən etibarən İsrailə münasibətdə Tramp administrasiyasının ortaya qoyduğu mövqe bəllidir. Atəşkəs razılaşmalarının pozulması və ya hər hansı formada aqressiv çıxışların müşahidə olunması fonunda İsrailə bəraət qazandıran yanaşmaların və fikirlərin səsləndirildiyini görmək mümkündür. Digər tərəfdən, HƏMAS-a qarşı təhdid xarakterli çıxışlar artıq ənənəvi hal alıb. İlk günlərdən etibarən “əgər HƏMAS atəşkəs şərtlərini pozarsa, tamamilə məhv ediləcək” məzmunlu bəyanatlar da bu istiqamətdə ciddi mesaj xarakteri daşıyır. Şamda əldə olunmuş razılaşma çərçivəsində Həmasın silahı yerə qoyması və Qəzzada beynəlxalq nəzarətin formalaşdırılması kimi müddəalar öz əksini tapmışdı. Lakin bu müddəaların yerinə yetirilməsi heç də asan deyil. İlk gündən ən çox mübahisə doğuran məsələ HƏMAS-ın silahı yerə qoyması və atəşin tam dayandırılması istiqamətində razılaşmaların hansı ölkənin vasitəçiliyi ilə icra ediləcəyi olub".


Analitik əlavə edib ki, hazırkı vəziyyətdə baş verən hadisələr onu göstərir ki, əvvəlki dövrlərdə Orta Şərqdə əldə olunan sülh razılaşmalarının ömrü qısa olduğu kimi, bu dəfəki atəşkəsin də uzunömürlü olmayacağı ehtimalı kifayət qədər güclüdür:

"Yaxın günlərdə bölgədə yenidən qarşıdurmanın şiddətlənməsi mümkündür. Bu şəraitdə Qəzza zolağında əldə olunmuş atəşkəsin şərtlərinin növbəti mərhələdə icra olunacağı da ciddi sual altındadır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri