Icma.az
close
up
RU
Analitik: Sülh prosesi Azərbaycan liderliyi ilə irəliləyir

Analitik: Sülh prosesi Azərbaycan liderliyi ilə irəliləyir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağına inanırıq. Bu barədə Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı bildirib. M. Kos vurğulayıb ki, həm Bakıda Azərbaycan Prezidenti ilə, həm də İrəvanda Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda müsbət siqnallar alıb: "Bəli, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağına inanırıq. Düşünürəm ki, sülh mümkündür və hazırda baş verənlər artıq müsbət istiqamətdə irəliləyişdir". Aİ rəsmisi son aylarda erməni və azərbaycanlı ekspertlərin qarşılıqlı səfərlərini də mühüm addım kimi qiymətləndirib və bunun əvvəllər mümkünsüz göründüyünü xatırladıb.

 Marta Kos, həmçinin, sülh prosesində Türkiyənin rolunu xüsusi qeyd edib:

 "Sabah Türkiyənin xarici işlər naziri ilə görüşəcəyəm. Biz həm Ermənistan, həm də Azərbaycanla bağlı prosesləri yaxından izləyirik. Bəziləri şübhə edə bilər, amma mən görürəm ki, niyyətlər realdır. ABŞ-nin iştirakı da bu prosesi daha geniş regional sülhə çevirə bilər".

 Aİ nümayəndəsi əlavə edib ki, məqsəd Ermənistan və Azərbaycanın davamlı şəkildə sülh içində yaşamasıdır və Avropa İttifaqı bunun üçün bütün səylərini göstərir.

Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun açıqlamasını şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan regionda sülh və stabilliyin təmin edilməsində əsas və konstruktiv tərəf kimi çıxış edir:

“ Bakıda Prezident İlham Əliyevlə aparılan görüşlərdə Azərbaycanın regionda sülhün təmin olunmasına verdiyi ciddi siyasi iradə açıq şəkildə nəzərə çatdırılıb. Azərbaycanın sərhəd xəttinin delimitasiyası və kommunikasiyaların açılması üzrə irəli sürdüyü prinsiplər artıq ilkin razılaşma üçün zəmin formalaşdırır. Bu, ölkəmizin regionun təhlükəsizliyi və iqtisadi inteqrasiyası üçün məsuliyyətli lider olduğunu göstərir. Eyni zamanda, sülh sazişinin mətninə dair ilkin razılaşmalar Azərbaycanın diplomatik çevikliyini və strateji baxışını ortaya qoyur. ABŞ və Aİ kimi beynəlxalq aktorların fəal iştirakı Azərbaycanın təşəbbüskarlığını və prosesin tempi üzərindəki təsirini gücləndirir. Azərbaycanın təqdim etdiyi konkret həllər həm tərəflərin, həm də beynəlxalq ictimaiyyətin etimadını qazanıb. Müsbət siqnallar göstərir ki, Azərbaycan sülhün həm regional, həm də beynəlxalq səviyyədə təsdiqi üçün mühüm rol oynayır. Bu prosesdə Azərbaycanın liderliyi, strateji və balanslı mövqeyi həm Ermənistanın, həm də beynəlxalq tərəflərin konkret addımlar atmasına şərait yaradır. Azərbaycan həm hüquqi, həm siyasi, həm də texniki məsələlərdə irəli sürdüyü konstruktiv yanaşma ilə sülh prosesini fəal şəkildə idarə edir. Komissarın açıqlamaları göstərir ki, regionda stabillik və sülh Azərbaycan təşəbbüsü ilə reallaşa bilər. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sülh sazişinin konturlarının razılaşdırılması Azərbaycanın diplomatik uğurudur. Bu, həm də ölkəmizin dayanıqlı, proaktiv və regional lider kimi nüfuzunu artırır. Azərbaycanın səyləri regionun gələcəyinə yönəlmiş inamlı addım kimi qiymətləndirilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri