Naxçıvanda 9 ayda sahibkarlara 163 təsdiqedici sənəd təqdim edilib
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri çərçivəsində bu ilin yanvar–sentyabr aylarında 12 sahibkarlıq subyektinə ümumilikdə 163 təsdiqedici sənəd təqdim edilib.
525.az-ın məlumatına görə, sənədlərdən 7-si texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 156-sı isə xammal və materialların idxalı üçün verilib.
Bu sənədlər əsasında Rusiya, Çin, Türkiyə, Almaniya, Cənubi Koreya, Avstriya, İran, İraq və Gürcüstandan texnika, texnoloji avadanlıq, qurğular, xammal və materiallar idxal edilib.
Görülən tədbirlər nəticəsində qida məhsulları, tütün məmulatları, sərinləşdirici içkilər, mineral sular, melamin plitələr, metal və plastik məmulatlar istehsal edən müəssisələrin emal gücü və ixrac potensialı artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 28 Oktyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















