Anar Bağırov LEGIS Mentorluq Proqramının qalibi ilə görüşüb FOTO
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "PAŞA Holdinq"in təşəbbüsü ilə həyata keçirilən "LEGIS" Hüquq Forumu çərçivəsində gənc hüquqşünasların peşəkar inkişafına dəstək məqsədilə təşkil olunan LEGIS Mentorluq Proqramının qalibi Həmid Mehdiyevlə görüşüb.
Bu barədə Moderator.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, görüş zamanı Anar Bağırov Həmid Mehdiyevi layihənin qalibləri sırasında yer alması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Həmid Mehdiyevin uğurunu yüksək qiymətləndirən sədr belə təşəbbüslərin gənc hüquqşünasların peşəkar inkişafında və onların potensialının üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.
Anar Bağırov bildirib ki, mentorluq proqramı çərçivəsində Həmid Mehdiyevin praktiki hüquqi biliklərinin və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, fərdi inkişaf məqsədlərini müəyyənləşdirilməsi və karyera planlarının daha sistemli şəkildə formalaşdırılması istiqamətində zəruri dəstək göstəriləcək. Həmçinin sədr altı aylıq fərdi inkişaf planı əsasında Həmid Mehdiyevlə sıx əməkdaşlıq ediləcəyini, peşəkar hüquq ictimaiyyəti ilə əlaqələrinin genişləndirilməsinə və öz təcrübəsini bölüşərək potensialını daha dolğun şəkildə reallaşdırmasına dəstək veriləcəyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 Sentyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















