Icma.az
close
up
RU
Yüksəliş müsabiqəsinin tələbə mentorluq proqramının rəsmi açılışı olub

Yüksəliş müsabiqəsinin tələbə mentorluq proqramının rəsmi açılışı olub

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bakı Ali Neft Məktəbində “Yüksəliş” müsabiqəsinin tələbə mentorluq proqramının rəsmi açılış mərasimi baş tutub.

Bu barədə Bakıvaxtı.az-a müsabiqədən məlumat verilib.

Açılışda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də “Yüksəliş” müsabiqəsinin qalibləri iştirak ediblər.

E.Qasımov tələbələri mentorluq proqramına seçilmələri münasibətilə təbrik edib və onların gələcək karyeralarında uğur qazanacaqlarına əminliyini ifadə edib. O, tələbə mentorluq proqramının gənclərin inkişafında mühüm rol oynadığını vurğulayaraq iştirakçılara fəal olmağı və əldə edilən biliklərdən maksimum faydalanmağı tövsiyə edib.

Görüş zamanı mentorluq proqramının məqsədləri, tələbələr üçün yaradılan imkanlar istiqamətində müzakirələr aparılıb.

F.Hacıyev karyera inkişafında mentorluğun əhəmiyyətini qeyd edib və uğur qazanmağın əsas prinsipləri haqqında danışıb. O bildirib ki, akademik biliklərlə yanaşı, praktiki bacarıqların və peşəkar əlaqələrin qurulması da karyera yolunda mühüm rol oynayır.

Tədbir çərçivəsində mentorluq proqramında iştirak edəcək tələbələr və mentorları olacaq “Yüksəliş” müsabiqəsinin qalibləri arasında bölgülər elan edilib.

Qaliblər tələbələrlə fərdi və qrup formatında işləyəcək, onların peşəkar və şəxsi inkişafına dəstək göstərəcəklər. Mentorlar tələbələrə karyera planlaması, liderlik bacarıqlarının inkişafı, effektiv ünsiyyət və problem həll etmə qabiliyyətlərinin formalaşması istiqamətində yol göstərəcəklər.

Eyni zamanda tələbələrin potensialını üzə çıxarmaq və onların gələcəkdə uğurlu karyera qurmasına dəstək olmaq məqsədilə mütəmadi görüşlər və təlimlər təşkil edəcəklər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mentorluq proqramında iştirak perspektivləri müzakirə olunub.

Qeyd edək ki, sayca ikinci dəfə keçirilən tələbə mentorluq proqramının ilk mərhələsi 2023-2024-cü illərdə müvəffəqiyyətlə tamamlanıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Fevral 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see279

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see241

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see161

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see128

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

Neymar və het trik

04 Dekabr 2025 09:17see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see123

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri