Anar Bağırov: Vəkillərin əksəriyyəti xanımlardır, kişilər azlıqda qalır
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Azərbaycanda hüquqşünasların sayı kifayət qədər azdır.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, 1990-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində tələbələrin təxminən 80 %-ini oğlanlar təşkil edirdi: Dördpendirli pizza
"Uzun illər bu tendensiya davam edib və bu, problem kimi qiymətləndirilib. İndi isə vəziyyət dəyişib. Artıq çoxluğu xanımlar təşkil edir, kişilər isə azlıqda qalıb".
A.Bağırovun fikrincə, əsas məsələ balansın qorunmasıdır:
"Niyə bir tərəf çox, digər tərəf az olmalıdır? Mən bərabərliyin tərəfdarıyam. Biz hüquqşünasıq və bizim üçün bərabərlik hər şeydən üstündür. Bu sahədə də balans olmalıdır. Zənnimcə, problem ondadır ki, Azərbaycanda hüquq peşəsi əvvəlki kimi cəlbedici deyil. Əvvəllər insanlar, xüsusilə də oğlanlar hüquqa daha çox maraq göstərirdilər. Çünki hesab olunurdu ki, bu sahə gəlirlidir və burada qısa müddətdə maddi vəziyyəti yaxşılaşdırmaq mümkündür. Mən buna normal yanaşma kimi baxıram. İnsan yalnız altruist olmamalıdır, öz maddi durumunu və ailəsini də düşünməlidir.
Hazırda oğlanlar daha çox başqa peşələrə üz tuturlar: Xanımların sayının artmasının səbəblərindən biri də budur. Hüquq peşəsi xanımlar üçün daha rahat görünür, amma kişilər üçün əvvəlki qədər cəlbedici deyil. Mən hesab edirəm ki, bu, qlobal problemlərdən biridir və yaxın 5-10 il ərzində hamını düşündürən məsələyə çevriləcək. Çünki elə vəzifələr var ki, bəzi hallarda xanımlar regionlarda və ya hüquq-mühafizə orqanlarında fəaliyyət göstərməyə razı olmurlar. Kişilər isə bu cür qərarları daha tez qəbul edirlər. Ailə ilə bağlı müəyyən narazılıqların yaranması da təbiidir. Düşünürəm ki, bu məsələ üzərində ciddi şəkildə düşünmək lazımdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 05 İyun 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















