ABŞ dan xəbərdarlıq: Çin süni intellektdə qalib olsa...
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Çinin süni intellekt yarışında mümkün qələbəsi ABŞ iqtisadiyyatı üçün dəhşətli problem yarada bilər.
Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett deyib.
K.Hassett ABŞ-ın süni intellekt yarışmasında Çinə məğlub olmasının Amerika iqtisadiyyatı və maliyyə institutları üçün dağıdıcı zərbə olacağını bildirib:
"İkinci yerdə qalmamaq üçün çinlilərlə rəqabət aparırıq, çünki bu, ABŞ iqtisadiyyatı və maliyyə qurumları üçün dəhşətli bir problem olardı".
Hassettin sözlərinə görə, ABŞ ən son Amerika süni intellekt çipləri üzərində nəzarəti gücləndirə bilər:
"Biz əvvəlki nəsil çiplərin satışına icazə verirdik, lakin ən yeni, ən yaxşı çiplərin satışını qadağan etdik. Əgər ən yeni çiplərin bəzilərinin birbaşa və ya dolayı yolla məlumat mərkəzləri vasitəsilə səhv əllərə düşdüyü doğru olarsa, onda nəzarəti gücləndirməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Noyabr 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















