Anar Bayramov Güllü İbadovanı vəzifədən kənarlaşdırdı
Icma.az bildirir, Bakupost portalına istinadən.
TƏBİB-in icraçı direktoru Anar Bayramov Bakı Baş Səhiyyə Mərkəzində növbəti kadr dəyişikliyi edib.
Bakupost xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini və direktor səlahiyyətlərini icra edən Güllü İbadova vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, Güllü İbadova bir neçə il əvvəl Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi olub. Onun Baş Prokurorluq tərəfindən Laçın Rayon Mərkəzi Xəstəxanasına ayrılmış dövlət vəsaitinin mənimsənilməsi ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərlər yayılıb.
Məlumata görə, Güllü İbadova barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb, iş məhkəməyə göndərilmişdi. İddialara əsasən, o, 2017–2020-ci illərdə ştat cədvəllərində saxtakarlıq edərək 17 min manatdan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunub.
Sonradan onun məhkəmədə bəraət aldığı da yayılan məlumatlar sırasındadır.
Bu söhbətlər isə onun vəzifə irəliləməsinə mane olmayıb. Sabiq TƏBİB sədri Vüqar Qurbanovun dövründə Güllü İbadova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin edilmişdi. Daha sonra isə ona qurumun idarə olunması da həvalə olunmuşdu.
Xatırladaq ki, Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov da yaxın günlərdə vəzifəsindən azad edilib. Bundan sonra qurumun idarə olunması müvəqqəti olaraq Güllü İbadovaya həvalə edilmişdi.
Anar Bayramovun rəhbər təyin olunmasından sonra isə TƏBİB-in tabeliyində olan bir sıra tibb müəssisələrində ardıcıl kadr dəyişiklikləri həyata keçirilir.
Elnur,
Baku Post
Fotoda Güllü İbadova:

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 08 May 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















