Icma.az
close
up
RU
Anar Əliyev insan kapitalının inkişafından DANIŞDI FOTO

Anar Əliyev insan kapitalının inkişafından DANIŞDI FOTO

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Texnoloji yeniliklərin əmək bazarlarına və biznes modellərinə ciddi təsir göstərdiyi bir şəraitdə ölkələrin əsas strateji üstünlüklərindən biri bilik, bacarıq, innovasiya potensialı, insan kapitalıdır. Bu baxımdan insan kapitalının inkişafı ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Moderator.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” panelində çıxış edərkən bildirib.

O, əhalinin sosial rifahının yüksəldilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü sosial dövlət konsepsiyanın əsasını təşkil etdiyini vurğulayıb. 2018–2026-cı illərdə icra olunan, illik əlavə maliyyə tutumu 8 milyard manat olan, 4 milyon nəfəri əhatə edən 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb. Qeyd edib ki, bu dövrdə Nazirlik tərəfindən işlə təmin olunanların sayı 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 2,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 7,1 dəfə artıb. Əmək müqavilələrinin sayı 44,6 faiz artaraq 1,86 milyona çatıb, əməkhaqqı fondunda 3,4 dəfə artım baş verib.

Anar Əliyev əmək və sosial müdafiə sahəsində rəqəmsal transformasiyanın da uğurla həyata keçirildiyini, Nazirliyin 152 xidmətindən 90 faizinin elektronlaşdırıldığını, o cümlədən 55 proaktiv xidmətin istifadəyə verildiyini, “Əmək və Məşğulluq” altsistemi üzərindən əmək müqavilələrinin 97 faizinin e-qaydada bağlandığını diqqətə çatdırıb.

Nazir bildirib ki, ölkəmizdə aparılan islahatlarda insan kapitalının inkişafına yalnız təhsil mərhələsində formalaşan bilik və bacarıqlar kontekstində deyil, insanın bütün əmək fəaliyyəti boyunca davam edən fasiləsiz inkişaf prosesi kimi yanaşılır. Bu məqsədlə əmək bazarının tələblərinə uyğun peşə və kvalifikasiya standartlarının hazırlanması və mütəmadi təkmilləşdirilməsi, peşəyönümü xidmətlərinin gücləndirilməsi və işəgötürənlərin kadr hazırlığı prosesinə daha fəal cəlb edilməsi xüsusi önəm kəsb edir.

Artıq 1700 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin və digər maraqlı tərəflərin istifadəsinə verilib. Bu da əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsinə, peşə bacarıqlarının obyektiv qiymətləndirilməsinə və rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına mühüm töhfə verir. 

İşsiz və işaxtaran şəxslər üçün 175 peşə üzrə təlimlər təşkil olunduğunu deyən Anar Əliyev bildirib ki, bu sahədə 180-ə yaxın dövlət və özəl təhsil/təlim müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir. Yaşıl iqtisadiyyatın inkişafı üçün zəruri olan yeni bilik və bacarıqlara malik işçi qüvvəsinin formalaşdırılması isə yeni məşğulluq imkanlarının yaradılmasına, habelə əmək bazarının yaşıl transformasiyaya uyğunlaşdırılmasına xidmət edir.

Nazir qeyd edib ki, dövlət məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri universitetlər, işəgötürənlər və dövlət qurumları arasında davamlı əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsidir. Bu da işçi qüvvəsi, xüsusilə də gənclər üçün layiqli məşğulluq imkanları, biznes üçün daha uyğun kadrlar, iqtisadiyyat üçün məhsuldarlığın və rəqabət qabiliyyətinin yüksəldilməsinə imkan yaradacaq.

Qeyd edək ki, dövlət qurumlarının rəsmiləri, biznes nümayəndələri və beynəlxalq ekspertlərin iştirak etdiyi paneldə insan kapitalının inkişafının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətinin və iqtisadi şaxələndirməsinin təmin edilməsində rolu, gələcəyin bacarıqları, rəqəmsal imkanlar və müasir liderlik yanaşmaları müzakirə edilib. Həmçinin, universitetlər, biznes və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, innovasiya və sahibkarlığın dəstəklənməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Sentyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri