Lük Bessondan yeni Terminator filmi üçün qeyri adi şərt
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransalı rejissor Lük Besson yeni "Terminator" filmini yalnız baş qəhrəmanın anası üçün darıxdığını söyləyəcəyi təqdirdə çəkməyə razı olacağını bildirib.
Lent.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
"Leon", "Beşinci element" və digər filmləri ilə tanınan rejissor kino sənayesinin incəsənəti yoqurt və ya corab kimi satış məhsuluna çevirdiyini bildirib.
"Hazırda hər şeyi pulla əvəz etmişik. Bu isə hamımızın sonunu gətirəcək", - deyə Besson vurğulayıb.
Rejissor filmləri başqa dünyaları kəşf etmək, səyahət etmək və yoxa çıxmaq üçün çəkdiyini etiraf edib. O bildirib ki, filmlərinin personajları həmişə cəmiyyətdən müəyyən dərəcədə zərər görmüş insanlar olurlar. Bundan başqa, qadınların gücünü və kişilərin zəifliyini göstərmək də onun üçün maraqlıdır.
"Əgər məndən daha bir "Terminator" filmi çəkməyimi istəsəydilər, bu, mənə maraqlı olmazdı. Şvartsenegger çox xoşuma gəlir, amma bu filmi yalnız Terminator oturub anası üçün darıxdığını söyləsəydi, çəkərdim", - deyə rejissor bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 Noyabr 2026 06:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















