Anar Eminov 626 balla MDU ya qəbul olan tələbə ilə görüşdü Fotolar
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Avqustun 26-da Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov 2026/2027-ci tədris ili üzrə keçirilmiş qəbul imtahanında 626 bal toplayaraq universitetin Riyaziyyat müəllimliyi ixtisasına qəbul olan İsmayılova Aysu İbrahim qızını və onun valideynlərini qəbul edib.
Görüş zamanı rektor Aysu İsmayılovanı yüksək nəticə göstərərək MDU-nun tələbəsi olması münasibətilə təbrik edib, ona yeni tədris ilində uğurlar arzulayıb. Anar Eminov yüksək qəbul balının gənc tələbənin bilik və potensialının göstəricisi olmaqla yanaşı, qarşıdakı universitet həyatında daha böyük uğurlar üçün yaxşı başlanğıc olduğunu bildirib.
Rektor Aysu İsmayılovanın məhz müəllimlik ixtisasını seçməsini xüsusi dəyərləndirərək, gələcəkdə onun peşəsinə sevgi ilə yanaşan, müasir bilik və bacarıqlara yiyələnən, şagirdlərinin inkişafına töhfə verən nümunəvi müəllim kimi formalaşmasının vacibliyini vurğulayıb.
Görüşdə universitetdə tələbələrin yalnız akademik biliklər əldə etməsi deyil, eyni zamanda müxtəlif layihə, sosial, elmi, mədəni və ictimai fəaliyyətlərdə fəal iştirak etməsi üçün yaradılan imkanlardan danışılıb. Rektor yeni tələbəni universitet həyatında aktiv olmağa, özünü müxtəlif istiqamətlərdə inkişaf etdirməyə və MDU-da qazandığı imkanlardan maksimum yararlanmağa dəvət edib.
Aysu İsmayılova isə göstərilən diqqətə görə təşəkkürünü bildirərək MDU-nun tələbəsi olmaqdan məmnunluğunu ifadə edib. O, universitetdə yaxşı nəticələr göstərmək, öz ixtisası üzrə biliklərini daha da inkişaf etdirmək və tələbə həyatında fəal iştirak etmək əzmi ilə bağlı fikirlərini bölüşüb.
Görüş zamanı Aysunun valideynləri də övladlarının yüksək nəticə göstərməsindən və MDU-ya qəbulundan məmnunluqlarını ifadə edərək, universitet rəhbərliyinin göstərdiyi diqqət və səmimi münasibətə görə təşəkkür ediblər.
Mingəçevir Dövlət Universiteti ailəsinə qoşulan Aysu İsmayılovanın uğur hekayəsinin yeni mərhələsi belə başlayır. Universitet isə onun bu yolunda bilik, inkişaf və yeni imkanlarla yanında olmağa hazırdır.


Bu mövzuda digər xəbərlər:Regional universitetlər tələbə cəlbini regionun inkişaf strategiyası ilə uzlaşdırmalıdır Anar Eminov
03 İyul 2026 21:46
Anar Məmmədov Talışda seçiciləri ilə görüşdü Fotolar
11 Dekabr 2024 15:43
Anar Eminov rektor təyin edildi SƏRƏNCAM
09 Aprel 2025 16:20
Rektor təyin edilən Anar Eminov kimdir?
09 Aprel 2025 16:21
Baxış sayı:168
Bu xəbər 26 Avqust 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















