AzTU ya yeni qəbul olunan əcnəbi tələbələrlə görüş olub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinə (AzTU) 2026/2027-ci tədris ili üzrə yeni qəbul olunan əcnəbi tələbələrlə görüş təşkil olunub.
Bu barədə AZƏRTAC-a AzTU-dan bildirilib. Görüşün əsas məqsədi əcnəbi tələbələri universitetin akademik mühiti, sosial-mədəni həyatı və daxili prosedur qaydaları ilə tanış etmək, onların təhsil prosesinə və universitet həyatına uyğunlaşmasına dəstək göstərmək olub.
Tədbirdə AzTU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, Əcnəbi tələbələrin qəbulu sektorunun müdiri Sevinc Absalamlı, Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev və əcnəbi tələbə Fatih Emir Torun çıxış ediblər. Çıxışlar zamanı universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi tələbələrin AzTU-ya marağının artması, qəbul və tədris prosesi, sənədləşmə, tələbələrin yerləşdirilməsi və universitetin daxili qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, əcnəbi tələbələrin universitetin tədris, elmi-tədqiqat və sosial fəaliyyətlərində fəal iştirakı onların akademik və sosial adaptasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin tələbələrə Azərbaycan dilinin öyrənilməsinə xüsusi diqqət yetirmək, dərslərdə fəal iştirak etmək və biliklərini davamlı artırmaq tövsiyə olunub.
Görüşdə tələbələrin qarşılaşa biləcəyi çətinliklərin aradan qaldırılması üçün universitet tərəfindən göstərilən dəstək, eləcə də onların sosial həyata inteqrasiyası istiqamətində yaradılan şərait diqqətə çatdırılıb.
Fatih Emir Torun isə AzTU-da təhsil müddətində qazandığı təcrübə və təəssüratlardan danışaraq universitet həyatı ilə bağlı fikirlərini yeni tələbələrlə bölüşüb.
Sonda tələbələrin sualları cavablandırılıb, onların təhsil və yaşayışla bağlı fikir və təklifləri dinlənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 12 Noyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















