AZAL ın stajor pilotu təlim uçuşlarını başa vurub FOTO
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Hava Yollarının (AZAL) stajor pilotu Rüfət Cumallı Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzində təlim uçuşlarını uğurla başa vurub.
"APA-Economics"in Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, Rüfət Cumallı 2021-ci ildə Milli Aviasiya Akademiyasını bitirib. O, 2024-cü ilin dekabr ayından etibarən AZAL-ın Uçuş Heyətinin Hazırlığı Mərkəzində təlim uçuşlarına başlayıb.
Pilot bildirib ki, hazırlığın ilkin mərhələsində tək mühərrikli “Cessna 172” tipli təyyarədə uçuşlar həyata keçirib. Daha sonra isə iki mühərrikli “Diamond 42” təlim təyyarəsi ilə hazırlığını davam etdirib.
Rüfət Cumallı sonuncu imtahan uçuşunu da uğurla başa vurduğunu və bununla da təlim prosesini tamamladığını bildirib.
O, bu imkanı yaratdığına görə AZAL-ın rəhbərliyinə və kollektivinə təşəkkür edib.
Qeyd edək ki, AZAL Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzinə media nümayəndələri üçün mediatur təşkil edib.
Baxış sayı:41
Bu xəbər 12 Noyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















