Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəmə başladı
Icma.az bildirir, Lent az portalına istinadən.
Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ilkin məhkəmə instansiyasının hökmündən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Əfqan Ələkbərovun sədrliyi ilə baş tutan prosesdə anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayətini müdafiə edib. O bildirib ki, müvəkkili həmin şəxslərdən pulu borc olaraq alıb. Zərərçəkmiş şəxs qismində tanınan şəxslərdən 3-ü bunu ifadələrində də deyib.
Daha sonra təqsirləndirilən Anar Əsədli apellyasiya şikayətini müdafiə edib. O da həmin şəxslərdən pulu borc olaraq götürdüyünü, dələduzluq söhbəti olmadığını deyib.
Dövlət ittihamçısı apellyasiya şikayətinə münasibət bildirərkən qeyd edib ki, apellyasiya şikayətinin təmin edilməsi üçün səbəb yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qanunidir.
Növbəti proses 8 sentyabra təyin olunub.
Xatırladaq ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.
Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb. 22 may 2026-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 04 Avqust 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















