Icma.az
close
up
RU
Anası bəstəkar olmasını istədi, o, isə hakimliyə üz tutdu MÜSAHİBƏ

Anası bəstəkar olmasını istədi, o, isə hakimliyə üz tutdu MÜSAHİBƏ

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xanım futbol hakimi Gülnurə Əkbərzadə Sport24.az-a müsahibə verib.

- Hakimliyə gəlişiniz necə alındı?

- Lənkəranda futbol oynuyurdum. Rəhmətlik Xalid müəllim məşqçim olub. Rayonda qadın futbolu olmadığına görə məni oğlanlarla yarışlara aparardı. Həmin dönəmdə veteranlardan ibarət futzal çempionatı keçirilirdi. Kömək etmək üçün məni də özü ilə aparmışdı. Orda mənə burada qadın futbolu yoxdur, bəlkə hakim olasan? dedi. Onu da əlavə etdi ki, rayonda başla, sonra Bakıda davam edərsən. Bilirdi ki, İdman Akademiyasına daxil olmaq istəyirəm. Və başladım orda hakimlik etməyə. Təxminən ilyarım Lənkəranda hakimlik etdim. Sonra davamını Bakıda gətirdim.

- Bu qərarı ailənizdə necə qarşıladılar?

- Atam birinci Qarabağ müharibəsində şəhid olub. Onda dörd yaşım var idi.  Anam pianino dərslərini davam etdirməyimi istəyirdi.  Anam məndən yazdığı şeirləri bəstələməyimi istəyirdi. Sadəcə mənim həvəsim yox idi. İdmana gəlməyimə bir söz demədi. Ona görə qərarıma hörmətlə yanaşdı. O, mənə həmişəm dəstək olub.

- Kişilərdən ibarət komandaların oyunlarında qadın hakim olmaq necə hissdir?

- Kişi komandalarında sürət və inkişaf baxımından hakimlik etmək yaxşıdı. Kişi futbolu daha maraqlı olur.

- Özünüzə kumir hesab etdiyiniz qadın referi var?

- Xeyr. Özümə kumir hesab etdiyim hakim yoxdu.

- Hakim olmaq istəyən gənc qızlara nə məsləhət görərdiniz?

- Hakimlik çox gözəl peşədi. Marağı olan mütləq gəlsin. Sonra da tərk edə bilməyəcəklər. FİFA dərəcəli hakim olmaq daha da maraqlıdı. Ölkələr gəzirsən, yeni tanışlar, yeni dostların olur.

- Karyeranızla bağlı ən böyük hədəfiniz nədir?

- Azərbaycanda ən böyük hədəfimə çatmışam. UEFA və FİFA bayrağı altında keçirilən final oyunlarını idarə etmək istəyərdim. Çempionlar Liqasının matçına təyinat almaq ən böyük arzumdur. İnşallah, bir gün hədəfimə çataram.

Nuh Tarverdiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 May 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri