Anasının 140 min dollarlıq qızıl zinət əşyalarını oğurlayıb qəpik quruşlara satdı FOTO
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
Şanxayda (Çin) qəribə hadisə baş verib. Vanq soyadlı ana təsadüfən yeniyetmə qızının təxminən bir milyon yuan dəyərində olan zinət əşyalarını qəpiklərə satdığını öyrənib.
Sfera.az bildirir ki, yeniyetmə qız dodaq pirsingləri və sırğalar almaq üçün anasının bir milyon yuan (140.000 dollar ekvivalenti) dəyərində olan zinət əşyalarını oğurlayaraq cəmi 60 yuana (8 dollara) satıb.
Oğurlanmış zinət əşyaları arasında nefrit bilərziklər, boyunbağılar və digər əşyalar var.
Qadın bu barədə dərhal polis bölməsinə məlumat verib. İstintaq zamanı məlum olub ki, uşaq xırda xərclər üçün cib pulu almaq üçün evdən qızıl-zinət əşyalarını götürüb.
İnternetdə yayılan görüntülərdə oğurlanmış zinət əşyalarının arasında nəfrit bilərziklər, boyunbağılar və qiymətli daşlarla bəzədilmiş digər əşyaların olduğu görünür.
Aynil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 07 Fevral 2025 06:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















