Merts Almaniyanın Qrenlandiyanı Rusiya təhdidindən qoruyacağını bildirib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Biz NATO-dan imtina etməməliyik.
APA xəbər verir ki, bu sözləri Almaniya Kansleri Fridrix Merts Davos Forumunda deyib.
Kansler artıq Avropanın özünü sərbəst müdafiə etməsinin vaxtı çatdığını bildirib.
“Biz Avropada özümüzü müstəqil şəkildə müdafiə edə biləcək qabiliyyətə sahib olmalıyıq. Hazırda bizi həssas edən asılılıqları azaltmaq istəyirik”, – Merts qeyd edib.
O, bunun üçün hərbi müdafiəyə ciddi investisiyanın yatırılmasının vacibliyini vurğulayıb və bildirib ki, Almaniya artıq bu istiqamətdə addımlar atır: “Özümüzü müdafiə etmək qabiliyyətimizə kütləvi sərmayə qoymalıyıq. Biz bunu artıq edirik”.
Merts Avropa ərazilərinin zorla ələ keçirilməsinin qəbuledilməz olduğunu, Danimarkanın və Qrenlandiyanın Rusiya təhdidindən qorunacağını da vurğulayıb: “Biz Danimarka və Qrenlandiyanı Rusiya tərəfindən yaranan təhdiddən qoruyacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Yanvar 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















