Anderlext də yeni era: Mark Overmars Belçika nəhənginə qayıdır
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Belçikanın köklü klublarından olan "Anderlext" rəhbərliyi, texniki direktor postuna futbol dünyasının tanınmış simalarından biri olan Mark Overmarsı gətirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, hazırda "Antverpen"də çalışan 52 yaşlı mütəxəssisin Brüssel təmsilçisi ilə danışıqlarda sona yaxınlaşdığı və tərəflərin uzunmüddətli əməkdaşlıq barədə razılığa gəldiyi bildirilir.
Xatırladaq ki, Overmars 2022-ci ilin fevralında "Ayaks"dan qalmaqallı şəkildə ayrıldıqdan sonra karyerasını Belçikada uğurla davam etdirərək "Antverpen"i çempionluğa daşımışdı.
"Anderlext" rəhbərliyi hollandiyalı mütəxəssisin transfer və kadr islahatları sahəsindəki zəngin təcrübəsindən yararlanaraq klubu yenidən Avropa arenalarının iddialı komandasına çevirmək niyyətindədir.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:419
Bu xəbər 17 Fevral 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















