Icma.az
close
up
RU
Menu

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

AAYDA ya məxsus bu idarələr ləğv olundu

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

İlham Namiq Kamalın oğlu məzun oldu

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

DÇ 2026 da bu gün hansı oyunlar var? TƏQVİM

Güzəştlər sahibkarlara yeni imkanlar yaradır

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

Kiyev bölgəsinə gecə hücumu: raketlər və dronlar zərbələri beş rayonda güclü dağıntılara səbəb olub

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

Andı Vətən olanlar…

Andı Vətən olanlar…

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Onlar sabitlik adasının keşikçiləridir


Onların həyat hekayələri ilə tanış olduqdan sonra bir daha əmin oldum ki, başlama səbəbləri müxtəlif olsa da, müharibə heç vaxt arzulanmır. Məsələn, boş qalan yelləncəkdə körpə bir uşağın yerinə top mərmisini heç kim təsəvvür etmək istəməz. Güllələrin mələkləri belə perik saldığı göylərdə quşlar heç vaxt uçmaz. Əsgər çəkmələri torpağı sığallamaz. Halbuki o çəkmələrin sahibi son nəfəsində belə saçlarında ana sığalını hiss etmək istəyər.

 Bu illər ərzində ən səmimi müsahiblərim də onlar oldular. Yaşadıqlarını elə danışdılar ki, özümü onlarla eyni səngərdə döyüşürmüş kimi hiss etdim. Elələri də oldu ki, tək bircə cümlə ilə kifayətləndi: "Danışa bilmirəm, şükür qələbə qazandıq!"...

Vətəni atası, anası bilən qəhrəmanlarım onun hüzurunda həmişə fərəqətdədirlər. Hər əmrini sözsüz icra etməyə hazırdılar, sonu ölüm olsa belə.

Dünən Vətən çağıranda əsgər şineli geyinib səfərbər olunan oğullar bu gün sıramızda polis mundirində bizimlə çiyin-çiyinədir. Müzəffər Ali Baş Komandanın  tapşırığına uyğun olaraq paytaxtda və yerlərdə keçirilən vətəndaş qəbullarında gəncliyi odlardan keçənlərə  daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun sıramıza gəlin çağırışı öz bəhrəsini verir.

Gənclərə öz bacarıqlarını inkişaf etdirmək, ən ümdəsi, əsl vətəndaş kimi dövlətə, dövlətçiliyə xidmət etmək üçün yaradılan şəraitdən bu günə kimi yüzlərlə gənc yararlanıb. Onlar bu gün sıramızda Azərbaycan Polisi adı ilə qürur duyub, inamla addımlayırlar. 

Onlardan biri də Vətən müharibəsi iştirakçısı, Ağsu RPŞ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşı polis serjantı Fərid Qurbanovdur. O, 10.07.2000-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində doğulub. 2006-cı ildə şəhid Sahib Həsənov adına  Qubaxəlilli tam orta məktəbinə qəbul olunub, 2017-ci ildə bitirib. 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət keçmək üçün ordu sıralarında xidmətini davam etdirib.


Vətən müharibəsi başlayanda sevinib. Adını eşidib, özünü görmədiyi torpaqları azad etmək üçün silaha sarılıb. Füzuli, Cəbrayıl, Laçın və Murovdağ istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Deyir ki, Vətən müharibəsində və müharibə bitdikdən sonra düşməndən təmizlənmiş, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Polisinin, DİN-in hərbi qulluqçularının fədakarlığının, ən çətin şəraitdə hansı çətinliklərin öhdəsindən gəldiyinin şahidi olub. 2023-cü ildə hərbi xidmətdən tərxis olunub. Elə həmin il də daxili işlər orqanlarında xidmət etmək üçün DİN-ə müraciət edib. Müraciətinə həssaslıqla yanaşılıb. Dünən Azərbaycan əsgəri idi, bu gün Azərbaycan Polisidir.

“Düşməndən azad etmək üçün döyüşdüyüm Vətən torpaqlarına bu gün Azərbaycan Polisi kimi ayaq basanda kövrəlirəm. Gözlərimin önündən mənimlə bir səngərdə döyüşən və şəhidlik zirvəsinə ucalan döyüşçü yoldaşlarım keçir. Bilirəm ki, onların ruhu şaddır. Bilirəm ki, torpaqlarımızın işağaldan azad olunmağı onların doğmaları üçün ən böyük təskinlikdir”… 

O, səngərdədir, asayişin, sabitliyin səngərində. Məsuliyyətli bir görəvdə dünən olduğu kimi, bu gün də ayıq-sayıqdır. Etimada layiq xidməti vətəndaş məmnunluğu ilə də müşahidə olunur. Barəsində şöbə rəisi polis polkovniki Oruc Əmiraslanov bunları dedi: “Polis serjantı Fərid Qurbanov çox çalışqan, səmimi, verilən tapşırıqların öhdəsindən layiqincə gələn bir əməkdaşdır”.

Həmkarımız Müzəffər Ali Baş Komandanın əmri ilə  “Cəbrayılın azad olunmasına görə”, “Qubadlınınn azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Ötən müddət ərzində daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun 02.12.2024-cü il tarixli əmri ilə “Əla xidmətlərə görə” döş nişanı ilə təltif edilib.

Sözardı: Bu fikirləri də yazmağı özümə borc bildim. Polis serjantı Fərid Qurbanov bu günlərdə Ağsu rayonunda çətin vəziyyətdə qalan Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım briqadasının da köməyinə çatmışdı. 


Hafiz Təmirov,

polis polkovniki

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see588

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see407

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see387

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see342

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see288

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

02 İyul 2026 08:31see245

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see210

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see198

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see188

DÇ 2026 da bu gün hansı oyunlar var? TƏQVİM

02 İyul 2026 09:16see180

Güzəştlər sahibkarlara yeni imkanlar yaradır

02 İyul 2026 11:44see170

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see169

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see165

Kiyev bölgəsinə gecə hücumu: raketlər və dronlar zərbələri beş rayonda güclü dağıntılara səbəb olub

02 İyul 2026 07:48see162

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see162

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see161

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see159

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see157

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see153

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri