Andrey Plenkoviç: İqlim maliyyələşməsinin həcminin artırılması üzrə danışıqlar davam edəcək
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Xorvatiya iqlim maliyyələşməsinin həcminin artırılması təşəbbüsünü fəal şəkildə irəli sürməyi planlaşdırır".
Oxu.Az-ın məlumatına görə, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan məbləğin artırılmasına nail olmağın vaxtı çatıb.
Plenkoviçin sözlərinə görə, 2022-ci ildə iqlim maliyyələşməsinin həcmi ilk dəfə olaraq 115 milyard dolları keçib ki, bu da ilkin razılaşdırılmış 100 milyard dollarla müqayisədə əhəmiyyətli irəliləyişdir.
"Düşünürəm ki, bu məbləğin artırılmasına nail olmağın vaxtı çatıb. İndi danışıqçıların belə bir məbləğ barədə razılığa gələcəyini proqnozlaşdıra bilmərəm, lakin şübhəsiz ki, bu, bugünkündən çox olmalıdır", - deyə baş nazir bildirib.
O əlavə edib ki, iqlim maliyyələşməsinin həcminin artırılması üzrə danışıqlar növbəti 10 gün ərzində noyabrın 22-dək davam edəcək.
Rufina Abdullayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















