Icma.az
close
up
RU
“AnewZ” telekanalının yeni sənədli filmi “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”

“AnewZ” telekanalının yeni sənədli filmi “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 fevral, AZƏRTAC

“AnewZ” telekanalı “Frontline” sənədli filmlər silsiləsindən regionun ən mürəkkəb, eyni zamanda, az öyrənilmiş ölkələrindən birində siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə həsr olunmuş yeni “Liviya: Qəddafinin devrilməsindən 15 il sonra” sənədli filmini təqdim edib.

Bu barədə AZƏRTAC-a sənədli filmin yaradıcıları məlumat veriblər.

Qeyd olunub ki, 2011-ci il hadisələrindən 15 il sonra Liviya strateji resurslar və dövlətin gələcəyi uğrunda mübarizənin davam etdiyi rəqabətli güc mərkəzlərinin, silahlı qrupların və xarici təsirlərin məkanı olaraq qalır. Əsas geosiyasi əhəmiyyətinə baxmayaraq, orada baş verənlərin çoxu beynəlxalq medianın diqqətindən kənardadır.

Çəkiliş qrupu strateji obyektlərə, qapalı məkanlara və xarici jurnalistlərin bir qayda olaraq yaxınına buraxılmadığı əsas qərar qəbul edən fiqurlara unikal giriş əldə edib. Bəzi hallarda, jurnalistlər rəsmi icazə olmadan, riskə gedərək kadr arxasında tez-tez gizlənənləri göstərmək üçün çalışıblar və məhz bu epizodlar filmin vacib, prinsipial hissəsini təşkil edir.

Jurnalist Anastasiya Lavrina və rejissor Bəhruz Qədirovun rəhbərliyi ilə çəkilən filmdə eksklüziv süjetlər, hökumət rəsmiləri, ekspertlər və yerli sakinlərlə müsahibələr yer alır.

Anastasiya Lavrina qeyd edir: “Bizimi üçün vacib olan Liviyanı “uğursuz dövlət” kimi standart başlıqlar ilə göstərmək deyil, baş verənlərin mahiyyətinə nəzər salmaq idi. Ölkəyə real bərpa cəhdləri, sabitlik və gələcək uğrunda mübarizə aparan liviyalıların prizmasından baxmaq istəyirdik. Bəzən bu, yüksək riskli şəraitdə işləməyi tələb edirdi, amma əsl hekayə də elə məhz buradadır”.

Sənədli tədqiqatın mərkəzində duran əsas sual bundan ibarətdir: Müəmmər Qəddafinin devirlməsindən ötən 15 il sonra Liviyada vəziyyət necədir və onun gələcəyini hansı güclər formalaşdırır?

Layihə telekanalın regionlardan dərin məzmunlu, yerində çəkilən reportajların yaradılması missiyasını davam etdirir.

Sənədli film artıq “AnewZ” telekanalının platformalarında yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri