Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

“AnewZ”: USAID in yardım qrantlarının dayandırılması Avropa mediasında təşvişə səbəb olub

“AnewZ”: USAID in yardım qrantlarının dayandırılması Avropa mediasında təşvişə səbəb olub

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

USAID-in xaricə yardım qrantlarının dayandırılması maliyyə axınlarında şəffaflığın olmaması səbəbindən Avropa jurnalistikasında xarici təsir barədə mübahisələrə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə “AnewZ”un “USAID-in Media maliyyələşdirilməsi təsiri və ya müdaxiləsi” mövzusunda hazırladığı süjetdə məlumat verilib.

Materialda USAID-in fəaliyyət mexanizminə diqqət çəkilərək bildirilib ki, təşkilat rəsmi olaraq müstəqil bir agentlik olsa da, o, ABŞ prezidentinə, Dövlət Katibinə və Milli Təhlükəsizlik Şurasına birbaşa tabedir:

“Rəsmi qaydada onun fəaliyyətinin humanitar yardım, iqtisadi inkişaf, səhiyyə və demokratiya təşəbbüslərinə həsr olunduğu bildirilsə də, USAID müxtəlif ölkələrdə ictimai rəyə və daxili işlərə təsir göstərmək məqsədilə media və QHT-lərin maliyyələşdirilməsində də rol oynayıb və bu rolu səbəbindən hazırda nəzarətə məruz qalır”.

Analitiklər hesab edirlər ki, USAID layihələri xüsusi siyasi ideologiyalardan ayrılmış fərd və proqramları seçərək dəstəkləməklə məşğul olub. Tənqidçilər bu maliyyələşdirmənin media qərəzsizliyi ilə bağlı suallar yaratdığını, xüsusilə ABŞ-nin xarici siyasət maraqları ilə sıx əlaqəli narrativlərə dair narahatlıq doğurduğunu iddia edirlər.

İndi isə, xüsusilə, ABŞ-də Respublikaçı qanadından olan tənqidçilər “BBC Media Action”ın 2023-2024-cü illərdə USAID-dən 3 milyon dollar aldığını qeyd edirlər. Birləşmiş Krallıqda bəzi ekspertlər hesab edirlər ki, USAID-lə bağlı baş verənlər əslində Birləşmiş Krallığın yumşaq güc gedişi kimi beynəlxalq inkişaf layihələrində bu boşluğu doldurması üçün bir fürsətdir.

“ANews”un Britaniya müxbirinin Londondan verdiyi məlumata görə, fevral ayının əvvəllərində ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask çıxışı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin BBC-ni maliyyələşdirdiyi iddialarını gücləndirib:

“Bu iddialar USAID-in BBC-nin beynəlxalq inkişaf xeyriyyə təşkilatı olan “BBC Media Action”a maliyyə dəstəyinə əsaslanırdı. “BBC Media Action” “BBC News”dan müstəqil fəaliyyət göstərsə də və müvafiq maliyyələşdirmə qlobal inkişaf təşəbbüslərinə dəstək olsa da, bu iddia ciddi mübahisəyə səbəb oldu”.

Materialda USAID-in Almaniyadakı fəaliyyətinə də diqqət çəkilib. Bildirilib ki, Almaniya mediasının birbaşa maliyyələşdirilməsi aydın olmasa da, USAID media üzrə QHT-lər vasitəsilə Almaniyada faktların yoxlanılması təşəbbüslərini və dezinformasiyaya qarşı səyləri dəstəkləyib:

“ABŞ-nin yardım əsaslı layihələri rus narrativlərlə mübarizə aparmaq üçün alman institutları ilə birgə işləyib ki, bu da informasiya müharibələrində hökumət mediasının əlbir olması ilə bağlı narahatlığa səbəb olub. Bu maliyyə axınlarında şəffaflığın olmaması Avropa jurnalistikasında xarici təsir barədə mübahisələrə gətirib çıxarıb”.

Jurnalist hesab edir ki, əgər bu maliyyələşdirmənin dondurulması prosesi davam edərsə, boşluğu doldurmaq avropalılara qala bilər: “Çünki hazırda Avropa Komissiyası ABŞ-dən sonra humanitar yardıma ən böyük töhfəni verir. Almaniya hökuməti isə üçüncü sırada dayanır. Ona görə də hazırda ABŞ Avropadakı media təşkilatlarını USAID-in maliyyələşdirməsindən imtina edərsə, avropalıların boşluğu doldurması barədə müzakirələr gedir”.

Sujetdə USAİD-lə bağlı Macarıstan hökumətinin mövqeyinə də diqqət çəkilib. Bildirilib ki, Macarıstanın Baş naziri Viktor Orban USAID-i onun hökumətini zəiflətmək üçün müxalif media qurumlarına maliyyə dəstəyi verməkdə ittiham edib. Materialda o da vurğulanıb ki, USAID-in maliyyələşdirməsinin dayandırılması ilə Macarıstanda bir çox media qurumları indi alternativ maliyyə dəstəyi tapmaqda çətinlik çəkir.

Reportajda Ukrayna mediasının 90 faizinin ABŞ-dən maliyyə yardımı almasına da toxunulub. Qeyd olunub ki, təkcə 2024-cü ildə Ukrayna mediasına 6 milyard dollardan çox vəsait ayrılıb:

“USAID-in Ukraynada media dəstəyi Rusiya dezinformasiyasına qarşı mübarizə kimi təqdim edilsə də, tənqidçilər bunun jurnalistika ilə strateji təsir arasındakı sərhədi aradan qaldırdığını iddia edirlər. USAID-in maliyyələşməsi dondurulduğuna görə uzun müddət xarici qrantlardan asılı olan Ukrayna media qurumları sağ qalmağa çalışırlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Fevral 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri