Ani qorxmaqla ŞƏKƏR XƏSTƏLİYİNƏ tutulmaq olar?
Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu yaxınlarda Türkiyə mediası 8 yaşlı uşağın valideynlərindən qorxması nəticəsində şəkər xəstəliyinə tutulması haqda məlumat yayıb. Bu xəbər ictimaiyyətdə narahatlıqla qarşılanıb.
Məsələ ilə bağlı Axar.az-a danışan həkim-endokrinoloq Nadira Ağazadə belə xəstəliklərin irsən keçdiyini deyib: “Belə hallar baş verə bilər,amma burada irsi faktorun rolu böyükdür. Yəqin ki, həmin uşağın ana-atasında, birinci dərəcəli qohumlarında şəkərli diabet olub və nəticədə uşaqda da həmin xəstəlik əmələ gəlib. Anidən qorxmaqla heç kim şəkər xəstəliyinə tutulmur”.
Uşaq endokrinoloqu İlsur Novruzov da bildirib ki, uşaqlarda şəkər xəstəliyi qəfildən yarana bilməz: “Ola bilsin ki, həmin uşaq şəkər xəstəliyini gizli şəkildə yaşayıb. Sadəcə, qorxu, stress xəstəliyin əlamətlərinin üzə çıxma prosesini sürətləndirib”.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 14 Oktyabr 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















