Icma.az
close
up
RU
Ankara Bakıya demədi, İsraildən dəstək aldı Ermənilərə qarşı SİRLİ “əməliyyat”

Ankara Bakıya demədi, İsraildən dəstək aldı Ermənilərə qarşı SİRLİ “əməliyyat”

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın “erməni soyqırımı” iddiasının təbliğatını xalq və dövlət maraqlarına zidd adlandırması Türkiyə ictimaiyyətində maraqla qarşılandı. Paşiyanın bu açıqlamasının Ankara ilə münasibətləri normallaşdırmaq və əlaqələri bərpa məqsədindən irəli gəldiyi bildirilir.

Həmçinin Türkiyənin də “erməni soyqırımı” ittihamından yayınmaq və bu məsələnin geopolitik təzyiq mexanizminə çevrilməsinin qarşısını almaq məqsədilə Ermənistanla siyasi, diplomatik və iqtisadi əlaqələrin bərpasını düşündüyünə dair fikirlər yayılır. Paralel olaraq sərhədlərin açılması və münasibətlərin normallaşması ehtimalı gündəmdədir.

Yaxın zamanda iki ölkə arasında sərhədlərin açılması nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnaç bildirib ki, “erməni soyqırımı” iddiasının yaratdığı təhdidlər 2010-cu illərdə daha üst səviyyədə idi:

“Həmin dövrdə Türkiyə bu iddiaların digər dövlətlər tərəfindən tanınmaması üçün güclü lobbi dəstəyi alırdı. Bu icmaların başında İsrail lobbisi dayanırdı. Lakin zaman keçdikcə Türkiyə anladı ki, bu iddiaların tanınması heç bir real nəticə doğurmur. Məsələnin beynəlxalq məhkəmələr tərəfindən qəbul olunmadığı müddətdə heç bir hüquqi əsası yoxdur. Yalnız məhkəmə qərarı müəyyən ərazilərə Ermənistan tərəfindən iddia olunmasına zəmin yarada bilərdi.

Co Bayden bu iddianı tanıyan ilk ABŞ prezidenti idi, lakin qərarın heç bir hüquqi nəticəsi olmadı. Türkiyə heç vaxt bu kimi siyasi bəyanatları ciddi təhlükə olaraq qiymətləndirməyib”.

Politoloq bildirib ki, 2008-2009-cu illərdə Türkiyənin Ermənistanla yaxınlaşmaq cəhdi yanlış xarici siyasətin nəticəsi idi:

Həmçinin oxuyun:

Netanyahudan gündəmi silkələyən açıqlama – Bakıda şok yaşanır

“Ankara həmin dövrdə Azərbaycanın razılığı olmadan Ermənistanla münasibətləri normallaşdırmağa və sərhədləri açmağa çalışdı. Lakin bu, “soyqırımı” iddialarının qarşısını almaq məqsədi daşımırdı. Əsas səbəb Avropa İttifaqına (Aİ) üzv olmaq arzusu idi. Türkiyə bu istiqamətdə addımlar atmaqla insan haqları, demokratik dəyərlər və liberal yanaşma nümayiş etdirməyə çalışırdı. Ancaq bu siyasətin yanlışlığı Azərbaycanın kəskin reaksiyasından sonra tam aydın oldu”.


Hüsamettin İnaç

Politoloqun sözlərinə görə, 2020-ci ildə Azərbaycanın qazandığı tarixi qələbə bölgədə yeni reallıqlar yaradıb:

“Azərbaycanın zəfəri və regionda yaranan yeni balans Türkiyə ilə münasibətlərin daha da dərinləşməsinə şərait yaratdı. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu əməkdaşlığın zirvə nöqtəsidir.

Hazırda Türkiyənin Aİ-yə üzvlük istiqamətində hər hansı səyi yoxdur. Ankara artıq Avropa dəyərlərinə inanmadığını açıq şəkildə göstərir. Hazırda hansı ölkə istəyirsə, ‘erməni soyqırımı’nı tanıya bilər, bu, Türkiyə üçün önəmli deyil. Ankara məsələni artıq ciddiyə almır və keçmişdə etdiyi səhvləri təkrarlamaq niyyətində deyil. Azərbaycan-Türkiyə münasibətləri isə hər şeydən üstündür. Ankara rəsmi Bakının razılığı olmadan İrəvanla bağlı heç bir qərar verməyəcək”.

Xatırladaq ki, 2008-2009-cu illərdə Türkiyə-Ermənistan sərhədinin açılması, münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atılsa da, Azərbaycanın kəskin mövqeyi nəticəsində proses yarımçıq qalmışdı.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Avqust 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri