“Ankara və Bakı Paşinyanın qalib gəlməsini istəyir..” “Mümkündür ki, Azərbaycan da oxşar bəyanatla çıxış etsin”
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən keçirdiyi mətbuat konfransında Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərdən danışarkən baş nazir Nikol Paşinyanın konstruktiv rolunu səmimi şəkildə dəstəklədiklərini bildirib.
“Cənab Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu məsələdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma, bu iradə qorunub saxlanmalıdır” – deyən Hakan Fidan bununla Ankaranın Ermənistanda tərəfini seçdiyini bildirib.
Politoloq Elxan Şahinoğlu Türkiyənin strategiyasınldoğruhesabedir: “Bunu gizlətməyin mənası yoxdur, həm Ankara, həm də Bakı Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə qələbə qazanmasını istəyir. Mümkündür ki, rəsmi Bakı da oxşar bəyanatla çıxış etsin. Mümkün bəyanatda o da vurğulanmalıdır ki, indiki mərhələdə Azərbaycanla sülhün əleydarları Ermənistanda hakimiyyətə gələrlərsə, bu, bölgədə qurulmağa başlanan sabitliyə təhlükə yaradacaq. Yəni ermənilər Ankara və Bakıdan onlara ünvanlanan mesajları düzgün oxumasalar, bunun ölkələri üçün ağır nəticələrə gətirib çıxaracağını anlamalıdırlar”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















