Icma.az
close
up
RU
Ankara zirvəsi dönüş nöqtəsidir Avropa niyə bu addımı atdı?

Ankara zirvəsi dönüş nöqtəsidir Avropa niyə bu addımı atdı?

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sammitdən əvvəl NATO-da yaşanan böhran 
Ankara zirvəsi ərəfəsində alyans daxilində əsas problem ABŞ ilə Avropa arasında təhlükəsizlik yükünün bölgüsü məsələsi idi. Vaşinqton uzun müddətdir Avropadan daha çox məsuliyyət, daha çox maliyyə öhdəliyi və daha sərt müdafiə siyasəti tələb edir. Tramp faktorunun yenidən ön plana çıxması isə bu təzyiqi daha da artırdı. Məhz buna görə NATO-nun baş katibi Mark Ruttenin sammitdən əvvəl Ağ evdə Donald Trampla görüşməsi xüsusi əhəmiyyət daşıyırdı. Bu görüş alyans daxilində yaranmış narahatlığın miqyasını göstərirdi. Vaşinqtonun NATO-ya münasibətinin sərtləşməsi, ABŞ-nin diqqətini tədricən Avropadan Hind-Sakit okean məkanına yönəltmək istəyi və müttəfiqlərin təhlükəsizliyi məsələsində əvvəlki kimi dominant rol oynamaq istəməməsi alyans daxilində “köhnə NATO modeli”nin artıq işləmədiyini ortaya qoyurdu.

Ərdoğanın Tramp diplomatiyası və Ankaranın siyasi çəkisi
Bu fonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Trampla birbaşa təması, Ankara sammitinin əhəmiyyətini və gələcək perspektivini izah etməsi, Trampın sammitə gəlməsi üçün siyasi zəmin yaratması Türkiyənin alyans daxilindəki real çəkisini bir daha nümayiş etdirdi. Ankara burada sadəcə ev sahibi deyil, ABŞ ilə Avropa arasında gərginliyi yumşaldan, alyansın dağılma yox, transformasiya xəttinə yönəlməsinə töhfə verən əsas siyasi mərkəz kimi çıxış etdi. Başqa sözlə, Türkiyə bu sammitdə təkcə təşkilati rol oynamadı, həm də alyans daxilində böhranın dərinləşməsinin qarşısının alınmasında aktiv siyasi vasitəçi kimi göründü.

NATO 3.0 nədir və Ankara sammiti bu modeli necə sürətləndirdi?
Ankara sammitinin ən mühüm nəticələrindən biri “NATO 3.0” konsepsiyasının siyasi və strateji baxımdan daha aydın konturlar qazanması oldu. Mark Ruttenin “Biz NATO 3.0 konsepsiyasına can verəcəyik: daha güclü NATO-da daha güclü Avropa” bəyanatı əslində alyansın yeni tarixi mərhələyə keçdiyini göstərir. NATO 1.0 Sovet təhlükəsinə qarşı qurulmuş klassik kollektiv müdafiə modeli idi. NATO 2.0 isə Soyuq müharibədən sonra alyansın öz rolunu yenidən müəyyənləşdirməyə çalışdığı, genişlənmə və böhran idarəçiliyi üzərində dayandığı mərhələ idi. NATO 3.0 isə artıq tamam fərqli reallığı əks etdirir: burada Avropa alyansın müdafiə yükünün daha böyük hissəsini öz üzərinə götürməli, ABŞ isə bu sistemdə əvvəlki kimi hər şeyi daşıyan yox, daha selektiv və arxa planda dayanan gücə çevrilməlidir.

Ağırlıq mərkəzi artıq Avropaya keçir
NATO 3.0 modelinin mahiyyəti ondan ibarətdir ki, alyansın ağırlıq mərkəzi tədricən Avropa üzvlərinin üzərinə keçir. ABŞ hərbi yükünü azaltmağa çalışır, Avropa isə daha sərt hərbi-siyasi kimlik qazanmağa məcbur olur. Bu, sadəcə daha çox müdafiə xərci demək deyil. Söhbət Avropa Müdafiə Birliyi daxilində əməliyyat muxtariyyətinin artırılmasından, müstəqil komandanlıq strukturunun formalaşdırılmasından, erkən xəbərdarlıq sistemlərinə, pilotsuz uçuş aparatlarına, hava hücumundan müdafiəyə, strateji logistikaya və kəşfiyyat imkanlarına daha böyük investisiyaların yönəldilməsindən gedir. Yəni Avropa artıq təhlükəsizlik sahəsində ABŞ-dən tam asılı qalmaq yox, daha çox öz ayaqları üzərində dayanmaq məcburiyyətindədir.

Rusiya təhlükəsi NATO-nu niyə sürətlə dəyişir?
Bu transformasiyanın arxasında dayanan əsas səbəb Rusiyanın yaratdığı təhlükədir. NATO rəhbərliyi və bir sıra Avropa paytaxtlarında hesab olunur ki, Moskva 2029-cu ilə qədər hərbi imkanlarını NATO ilə potensial qarşıdurmaya uyğun səviyyədə bərpa edə bilər. Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi Avropaya bir həqiqəti göstərdi: təhlükə nəzəri deyil, realdır. Üstəlik, bu təhlükə təkcə Ukrayna ilə məhdudlaşmır; Qara dənizdən Baltik regionuna, Arktikadan ümumi Avro-Atlantik məkana qədər geniş coğrafiyada yeni təhlükəsizlik təzyiqi formalaşdırır. Məhz buna görə sammitdə Rusiyanın NATO üçün “uzunmüddətli təhdid” kimi vurğulanması xüsusi əhəmiyyət daşıyır. Bu, alyansın yaxın illərdə “şərq cinahı”nı möhkəmləndirmək, çəkindirmə və müdafiə qabiliyyətini artırmaq istiqamətində daha sərt addımlar atacağını göstərir.

50 milyard dollarlıq paket və NATO-nun texnoloji yenilənməsi
Ankara sammitində verilən qərarlar göstərdi ki, NATO 3.0 artıq nəzəri çərçivə deyil, praktik mərhələyə daxil olur. Sammit çərçivəsində NATO müttəfiqləri və müdafiə sənayesi şirkətləri arasında ümumi dəyəri 50 milyard dollar olan geniş razılaşma və investisiya paketinin elan olunması bunun ən mühüm göstəricilərindən biridir. Paketə hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatlarına qarşı həllər, birgə istehsal layihələri, strateji nəqliyyat imkanları və qabaqcıl texnologiya investisiyaları daxil edildi. Xüsusilə dron təhdidinə qarşı 40 milyard dollarlıq investisiya proqramı diqqət çəkir. NATO eyni zamanda köhnəlmiş AWACS donanmasını yeni nəsil erkən xəbərdarlıq platformaları ilə əvəzləmək üçün proqram başlatdı, inventarına Triton pilotsuz uçuş aparatlarını əlavə edəcəyini açıqladı, kosmik imkanların və strateji hava nəqliyyatının genişləndirilməsi istiqamətində yeni təşəbbüslər irəli sürdü. Bütün bunlar alyansın müasir müharibənin reallıqlarına uyğun yenidən qurulduğunu göstərir.

Türkiyə NATO 3.0 modelində niyə açar ölkəyə çevrilir?
Ankara sammitinin geosiyasi çəkisini artıran əsas məqamlardan biri Türkiyənin bu yeni modeldə tutduğu mövqedir. NATO 3.0 konsepsiyası Avropaya daha çox məsuliyyət yükləsə də, Avropa həmin məsuliyyəti Türkiyəsiz daşıya bilməz. Bu, artıq siyasi şüar yox, geostrateji reallıqdır. Türkiyə NATO-nun cənub-şərq cinahının əsas hərbi gücüdür. O, Qara dənizdən Yaxın Şərqə, Şərqi Aralıq dənizindən Qafqaza qədər uzanan geniş geosiyasi məkanda alyansın ən vacib dayaqlarından biridir. Rusiya təhlükəsinin artdığı, Yaxın Şərqin yenidən alovlandığı, enerji marşrutları, miqrasiya axınları və dəniz təhlükəsizliyi məsələlərinin sərtləşdiyi bir dövrdə Avropa Türkiyənin həm coğrafi, həm hərbi, həm də siyasi imkanlarından kənarda dayana bilməz.

Avropanın Ankaraya  yeni baxışı
Ankara sammiti Avropanın Türkiyəyə baxışında yeni mərhələnin başlandığını göstərdi. Əgər əvvəlki illərdə Türkiyə ilə münasibətlər daha çox siyasi mübahisələr, demokratiya və insan haqları polemikası, yaxud Şərqi Aralıq dənizində gərginlik kontekstində müzakirə olunurdusa, indi prioritet dəyişir. Avropa üçün Türkiyə artıq sadəcə çətin tərəfdaş deyil, gələcək təhlükəsizlik arxitekturasının açar dayaqlarından biridir. Brüssel və əsas Avropa paytaxtları getdikcə daha aydın anlayırlar ki, Türkiyəni kənarda saxlayan hər hansı müdafiə modeli natamam, zəif və dayanıqsız olacaq. Ankara sammiti bu həqiqəti daha açıq şəkildə ortaya qoydu.

Türkiyənin yüksələn rolu nədən qaynaqlanır?
Türkiyənin əhəmiyyətini artıran təkcə coğrafi mövqeyi deyil. Son illərdə Ankara müdafiə sənayesi, pilotsuz uçuş aparatları, regional diplomatiya və operativ hərbi imkanlar baxımından da NATO daxilində fərqli çəki qazanıb. Türkiyə artıq sadəcə alyansın periferik üzvü deyil; o, bir çox böhran məqamlarında ABŞ ilə Avropa arasında körpü rolunu oynaya bilən, Qara dənizdən Yaxın Şərqə, Cənubi qafqazdan Mərkəzi Asiyayadək kritik zonalarda təsir göstərən və alyans daxilində siyasi razılaşmaların formalaşmasına təsir edən aktora çevrilib. Trampın Ankara sammitinə münasibətində Türkiyə faktorunun rol oynaması, sammit ərəfəsində Ankara-Vaşinqton xəttində intensiv təmasların qurulması da bunun göstəricisidir.

NATO-nu bundan sonra nə gözləyir?
Ankara sammiti bir həqiqəti rəsmiləşdirdi: NATO dağılmaq əvəzinə yenidən qurulur, lakin bu yenidənqurma artıq köhnə qaydalarla getmir. Alyans daxilində güc bölgüsü dəyişir, Avropa daha çox məsuliyyət götürür, ABŞ arxa planda daha selektiv rol oynamağa çalışır, Türkiyə isə bu yeni sistemin mərkəzinə doğru irəliləyir. Qarşıdakı illərdə NATO daxilində müdafiə xərcləri, komandanlıq bölgüsü və yük paylaşımı ilə bağlı mübahisələr davam edəcək. ABŞ-nin diqqətini Çin və Hind-Sakit okean məkanına yönəltmək istəyi qalacaq, bu isə Avropanı daha sürətli silahlanmağa və daha koordinasiyalı hərəkət etməyə məcbur edəcək. Eyni zamanda Rusiya ilə qarşıdurmanın uzunmüddətli xarakter alması NATO-nun yaxın illərdə daha sərt hərbi alyans kimi davranmasına səbəb olacaq. Bu yeni mərhələdə Türkiyənin rolu isə daha da artacaq. Çünki Avropa öz təhlükəsizlik arxitekturasını Türkiyəni nəzərə almadan qura bilməz.

Ankara sammiti nəyi dəyişdi?
Ankara zirvəsi NATO tarixində sıradan sammit kimi deyil, alyansın “3.0” mərhələsinə keçidini sürətləndirən, Avropanı Türkiyənin strateji əhəmiyyəti ilə yenidən üz-üzə qoyan və transatlantik təhlükəsizlik sisteminin yeni konturlarını cızan toplantı kimi yadda qalacaq. Bu sammit göstərdi ki, alyans daxilində böhran hələ bitməyib, amma NATO dağılmaq əvəzinə yeni güc balansı ilə yenidən qurulur. Və həmin yeni balansda Türkiyə artıq sadəcə iştirakçı deyil, prosesin əsas dayaqlarından birinə çevrilir.

Mürtəza Bünyadlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 İyul 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri