Icma.az
close
up
RU
Ankarada Azərbaycan dili kurslarında Novruz bayramı barədə geniş məlumat verilib

Ankarada Azərbaycan dili kurslarında Novruz bayramı barədə geniş məlumat verilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 17 Mart, AZƏRTAC

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Tədris Ocağında Novruz bayramına həsr olunan xüsusi dərs təşkil olunub.

AZƏRTAC xəbər verir ki, xüsusi dərsdə Azərbaycan dili müəllimi Şəhla İbişova Novruz bayramı, onun qədim tarixi, milli-mədəni sərvətimiz kimi adət-ənənələri, Azərbaycan, Türk dünyasının ortaq bayramı kimi qeyd olunması haqqında məlumat verib.

Sonra dərsdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov onlayn çıxış edərək tələbələri bayram münasibətilə təbrik edib. O, Novruz bayramının min illərlə xalqımızın mədəniyyətində xüsusi yer tutduğunu, zəngin ənənə və dəyərləri özündə yaşatdığını və ən qədim bayramlarımızdan biri olduğunu qeyd edib. S. Abbasov bayramın xalqımızın min illərlə yaşatdığını, onun baharın gəlişi, təbiətin oyanışı, yenilənmə və dirçəlişi simvolizə etdiyini vurğulayıb. Mərkəz direktoru qədim bayramımız olan Novruzun Azərbaycanda, Türk dünyasında geniş şəkildə dövlət səviyyəsində qeyd olunduğunu bildirib.

S.Abbasov Novruzun ortaq dəyər kimi beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi nəticəsində UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini söyləyib.

Kursun müəllimi Şəhla İbişova isə Novruz bayramının ölkəmizin adət-ənənələrindəki yerindən danışıb.

Qeyd edək ki, Novruz bayramı münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən tələbələrə ölkəmizi geniş şəkildə tanıdan "Salam Azərbaycan" kitabları hədiyyə edilib.

Dərs zamanı tələbələr Azərbaycan dili və Novruz bayramı haqqında təqdimatlarla çıxış ediblər.

Dərsdə tələbələrə Novruz xonçaları təqdim olunub və Novruz ənənələrinə dair səhnələr nümayiş etdirilb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Mart 2026 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri