“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 13 noyabr, AZƏRTAC
Kriptovalyuta bazarında satış dalğası yenidən güclənib. Bazar kapitallaşmasına görə ən böyük iki kriptovalyuta – “Bitcoin” və “Ethereum” son 24 saat ərzində ciddi dəyər itkisi ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, ABŞ-də faiz artımı ilə bağlı gözləntilərin güclənməsi, “Bitcoin” birjalarında 1,44 milyard dollar həcmində vəsaitin çıxarılması və 1,3 milyard dolları ötən satış ləğvi kriptovalyuta bazarında satış təzyiqini artırıb. “Bitcoin”in qiyməti 69 min dollar həddindən aşağı düşüb. “Ethereum” isə təxminən 1922 dollardan alınıb-satılıb.
“Bitcoin”in gündəlik ucuzlaşması 6,5 faizi ötüb, “Ethereumun” qiymətində isə 5,8 faizlik azalma qeydə alınıb. Hər iki kriptovalyutanın qiyməti avqust ayından bəri ən aşağı səviyyəyə enib.
“CoinMarketCap” platformasının məlumatına görə, kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saat ərzində 2,43 trilyon dollardan 2,30 trilyon dollara düşüb. Beləliklə, cəmi bir gün ərzində bazarın ümumi dəyəri təxminən 130 milyard dollar azalıb.
“Bitcoin” və “Ethereumun” ucuzlaşması ilə başlayan satışlar kriptovalyuta bazarının digər aktivlərinə də yayılaraq ümumi kapitallaşmanın əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Satış dalğasına ABŞ-nin pul-kredit siyasəti ilə bağlı gözləntilər, institusional investorların fond hərəkətləri və leverecli əməliyyatlar üzrə mövqelərin məcburi bağlanması təsir göstərib.
Kriptovalyuta bazarındakı enişin əsas səbəblərindən biri ABŞ-də faiz dərəcələri ilə bağlı gözləntilərin dəyişməsi olub. Belə ki, noyabrın 10-da açıqlanan oktyabr ayı üzrə istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,4 faiz artaraq bazar proqnozlarını üstələyib. Ərzaq və enerji məhsulları nəzərə alınmadan hesablanan baza inflyasiyası da 0,3 faiz artımla gözləntiləri geridə qoyub. İnflyasiyanın proqnozlardan yüksək olması Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında faiz dərəcələrini artıra biləcəyi ilə bağlı gözləntiləri gücləndirib. Fyuçers bazarlarında faiz artımı ehtimalının yüksəlməsi investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olub. Bu proses kriptovalyutalara, xüsusilə “Bitcoin” və “Ethereumun” qiymətinə əlavə təzyiq göstərib.
Baxış sayı:66
Bu xəbər 13 Noyabr 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















