Ankarada Sabir Rüstəmxanlıya sürpriz: Adına 80 ağac...
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Xalq şairi Sabir Rüstəmxanlının Ankarada keçirilən təntənəli 80 illik yubiley tədbirində duyğulu anlar yaşanıb.
Kult.az xəbər verir ki, tədbir zamanı Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfinin rəhbəri, professor Aygün Attar çıxış edərək xalq şairinə xüsusi sürpriz hazırlandığını açıqlayıb.
Bildirilib ki, Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə Ankaradakı “8 Kasım Qarabağ Şəhidləri Xatirə Ormanı”nda onun adına 80 ədəd fidan əkilib.
Daha sonra bu mənəvi təşəbbüsü əks etdirən xüsusi xatirə lövhəsi Sabir Rüstəmxanlıya təqdim olunub. Lövhədə qeyd edilib ki, əkilən ağaclar şəhidlərimizin ruhunu salamlayacaq.
Qeyd edək ki, bu il mayın 20-də Sabir Rüstəmxanlının 80 yaşı tamam olur. Bu münasibətlə həm Azərbaycanda, həm də Türkiyədə bir sıra yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Baxış sayı:126
Bu xəbər 26 Aprel 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















