Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Ankarada Azərbaycan səfirliyinin qarşısında “hicab qadağası” iddiası ilə aksiya keçirilib.
Aksiya barədə ilk görüntülər Köklü Değişim Medya platformasının X hesabında yayılıb.
Turkustan.az xəbər verir ki, Musavat.com sözügedən platformanı araşdırıb.
Köklü Değişim Medya və Köklü Değişim Dergisi Hizbüt Təhrir təşkilatının Türkiyədəki nümayəndəliyinə aiddir.
Qeyd edək ki, Hizbüt-Təhrir (ərəb dilindən tərcümədə “Azadlıq partiyası”) 1953-cü ildə Qüdsdə fələstinli ilahiyyatçı Təqiyəddin ən-Nəbhani tərəfindən yaradılmış beynəlxalq panislamist və fundamentalist siyasi təşkilatdır. Təşkilat Şərqi Qüdsdə başlayan fəaliyyətini daha sonra Livan, Suriya, İraq, Misir, Tunis və Türkiyə də daxil olmaqla, onlarla ölkəyə yayıb. Açıq mənbələrdə yazılanlara görə, Hizbüt-Təhrir digər islamçı hərəkatlardan fərqlənir. Təşkilatın geniş və öz daxilində ardıcıl ideoloji sistemi, həmçinin gələcəkdə qurulmasını nəzərdə tutduğu dövlət modelinə dair ətraflı təsəvvürləri mövcuddur.
Təşkilatın fəaliyyətini qadağan edən ölkələr sırasında Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan, Banqladeş, Rusiya, Çin və Özbəkistan var. Bu ölkələrin bir çoxunda təşkilat üzvləri həbsdədir.
Hizbüt-Təhrir Azərbaycanda da rəsmən qadağan edilmiş təşkilatdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 13 Oktyabr 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















