Icma.az
close
up
RU
Ankaranın cəhdi uğursuz oldu: Kremldən ikibaşlı plan

Ankaranın cəhdi uğursuz oldu: Kremldən ikibaşlı plan

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ukraynada müharibənin sona çatdırılması üçün danışıqlar davam etsə də, ciddi nəticənin əldə olunmaması narahatlıq doğurur.

Müharibənin ilk günündən bu yana, son olaraq isə İstanbul görüşündə fəallığı ilə seçilən Türkiyə bir müddət öncəyə qədər tərəflər arasında vasitəçi rolunda mühüm aktor kimi çıxış edirdi. Lakin son zamanlar bəzi ekspertlər Ankaranın bu prosesə gözlənilən qədər müsbət töhfə verə bilmədiyini deyirlər.

ABŞ və Rusiya liderlərinin öncədən razılaşmalarına baxmayaraq İstanbul görüşünə qatılmaması, sadəcə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya gedərək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməsi bu baxımdan diqqət çəkir.

Türkiyənin danışıqlardakı effektivliyi zəifləyib? Rusiya-Ukrayna münaqişəsinin həlli üçün necə bir yol izlənməlidir?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskva səfərindən sonra Kiyevdə də danışıqlar aparması Ankara tərəfinin diplomatik təşəbbüslərini davam etdirdiyini göstərir:

“Türkiyə Rusiya və Ukrayna liderlərinin bir araya gəlməsində, eyni zamanda atəşkəsin əldə olunmasında maraqlıdır. Görünür, Ankaranın yeni sülh təşəbbüsü üçün planı var. Lakin vasitəçilik cəhdlərinin yaxın perspektivdə uğurla nəticələnəcəyi ehtimalı aşağıdır.


Məhəmməd Əsədullazadə

Bu müharibə lokal münaqişədən daha çox, Rusiyanın Qərbə qarşı geosiyasi üstünlük əldə etmək məqsədilə başladığı genişmiqyaslı qarşıdurmadır.

Moskva ilkin şərtlərin qəbuluna nail olmadan müharibəni dayandırmayacaq. Kreml geosiyasi mövqelərini gücləndirməyə, təsir zonası formalaşdıraraq yeni bir qütb yaratmağa çalışır. Bu səbəbdən də danışıqlar prosesi ilə paralel olaraq müharibəni davam etdirir. Rusiyanı yalnız Avropa İttifaqı və ABŞ-ın ciddi hərbi-siyasi təzyiqləri dayandıra bilər. Hazırkı mərhələdə aparılan diplomatik danışıqların isə effektli nəticələr verməsi çətindir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 May 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri