Icma.az
close
up
RU
Ankaranın dostuna pis xəbər: Danışıqlar başladı, yeni plan var

Ankaranın dostuna pis xəbər: Danışıqlar başladı, yeni plan var

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Suriyada kürdlərin yeni idarəetmə statusu əldə edəcəyi bildirilir. İddialara görə, məsələ ilə bağlı beynəlxalq səviyyədə danışıqlar gedir. Şam buna qarşıdır, lakin ABŞ-la münasibətləri də gərginləşdirmək istəmir”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq bildirib ki, Suriya hökuməti indi statusun səviyyəsini aşağı salmağa və onun şimali İraqdakı kürd hökuməti ilə eyni imtiyaza malik olmamasına çalışır:

“Hətta hökumət daxilində silahlı kurs qruplarını vurmaqla bağlı da tələblər var. Bir müddət öncə mərkəzi hökumətlə razılaşan kürd qrupların indi mövqe dəyişikliyinə getdiyi hiss edilir. Bunun əsas səbəblərindən biri son zamanlar Suriya daxilində mərkəzi hakimiyyətin gücləndirilməsi istiqamətində addımlar atılmasıdır. Yüksək vəzifələrə, xüsusilə hüquq-mühafizə orqanlarına Prezident Əhməd Əl Şaraaya şəxsi sədaqət göstərən şəxslər gətirilir. Bu isə digər qruplarda narazılıqla qarşılanır.

İddialar var ki, artıq prezident sarayında fərqli ideologiyalı dini və etnik qrupların komandadan uzaqlaşdırılması istiqamətində təkliflər verilir. İkinci bir məsələ isə Əl Şaraa hökumətinin Türkiyə ilə güclənən yaxınlığıdır. Suriya Demokratik Qüvvələri (SDQ) hər nə qədər Ankara-Şam xəttinə mane olmağa çalışsa da, bu məsələdə uğurlu ola bilmədikləri görünür. SDQ nəticədə artıq mərkəzi hökumətlə arasında məsafə qoymağa çalışır. Daha bir önəmli səbəb isə prosesə kənar müdaxilədir.


Zeynal Əmrəliyev

Məlum olduğu kimi, İsrail Suriyadakı druz və kürd qruplarına dəstəyi davam etdirir. Bu məsələ ilə də müttəfiqlərini səfərbər edərək, kürdlərin muxtar statusa sahib olmasını çalışır. Kənar müdaxilə səbəbi ilə onların mərkəzi hökumətlə münasibətlərində ciddi gərginlik müşahidə olunurdu. İsrailin yenidən Əl Şaraa hökumətinə qarşı təzyiq siyasətinə başlaması mümkündür. Bütün hallarda, əgər vəziyyət bu şəkildə davam edərsə, Suriyada yeni silahlı toqquşmaların yaşanmasının şahidi ola bilərik”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri