Anladım ki, uyğunlaşmasam, bir daha Çempionlar Liqasını qazana bilməyəcəm
Icma.az, Fanat saytına istinadən bildirir.
"Real Madrid"in baş məşqçi postunu tərk etdiyi rəsmən açıqlanan Karlo Ançelotti futbolun təkamülü barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:
"Hər şey dəyişib. Bir vaxt anladım ki, uyğunlaşmasam, bir daha Çempionlar Liqasının qalibi olmayacam. Bunda mənə yeniliklərlə dərindən maraqlanan gənc məşqçilər korpusu da yardımçı oldu. İndi oyunlara hazırlaşmaq əvvəlkilərdən daha çox təhlil tələb edir. 20 il öncə bir çox aspektlərdə indiki qədər dəqiqlik tələb edilmirdi. Amma söylədiyim kimi, gənc köməkçilərim məndə inkişaf etməyə maraq oyatdılar. 1995-ci ildə 2013-cü ildəkindən nə qədər fərqliydimsə, indi də 2013-cü ildəkindən bir o qədər fərqliyəm".
Xatırladaq ki, Ançelotti Braziliya millisinə baş məşqçi təyin edilib.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 23 May 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















