Azərbaycan Prezidentinin köməkçisi: “Bayden dövründə anlaşılmazlıqlar əlaqələrə zərər vurub”
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
“Tramp administrasiyası Azərbaycan və Ermənistanın sülh gündəliyinə güclü sadiqlik nümayiş etdirib”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Post“ qəzetinə danışıb.
O bildirib ki, ABŞ liderinin məsələ ilə ətraflı şəkildə məşğul olması təqdirəlayiq əməldir.
Hikmət Hacıyev ABŞ tərəfindən Azərbaycana qarşı davam edən məhdudiyyətlərin sülhün əleyhinə işlədiyinə diqqət çəkib.
Prezidentin köməkçisi Azərbaycan və Ermənistanın sülhün möhkəmləndirilməsi üçün çalışdığını, lakin ABŞ Konqresində Azərbaycana qarşı tamamilə lazımsız qanunverici aktların irəli sürüldüyünü vurğulayıb.
“Bayden və Blinken administrasiytası ilə təəssüf ki, aramızda çoxlu anlaşılmazlıqlar var idi və bu ixtilafların əlaqələrimizə zərəri çox oldu” - Hikmət Hacıyev qeyd edib.
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı barədə danışan Hikmət Hacıyev bunun simvolik bir addım kimi görünə biləcəyini, lakin burada simvolizmlə birlikdə çox vacib geosiyasi konnotasiyaların mövcud olduğunu ifadə edib.
“Biz sadəcə Ermənistan hökuməti ilə yox, həm də Ermənistan xalqı ilə sülh yaradırıq”, - Prezidentin köməkçisi deyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 02 Yanvar 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















