Annalena Berbok: Qadınlar masa arxasında deyillərsə, sülh sazişləri çox vaxt uzun sürmür
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İqlim körpüləri tikmək lazımdır. Bunu dünyadakı bütün insanlardan, kişilərdən və qadınlardan istəyirəm".
Oxu.Az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sülh danışıqları zamanı qadınlar masa arxasında deyillərsə, sülh sazişləri çox vaxt uzun sürmür və eyni şey iqlim böhranına da aiddir:
"Qadınlar və uşaqlar iqlim böhranının təsirindən kişilərə nisbətən 14 dəfə çox əziyyət çəkirlər. Lakin qadınlar həm də iqlim siyasətinə, davamlılığına, qorunmasına mühüm töhfə verirlər.
İqlim konfransında basketbolda üçxallı atış adlandıra biləcəyiniz şeyə ehtiyacımız var, yoxsa əlavə vaxta gedəcək.
Sonda nə olacağını görmək üçün həyəcanlıyıq. Ancaq aydındır ki, biz üzərimizə düşən məsuliyyəti sona qədər yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik".
Baxış sayı:78
Bu xəbər 22 Noyabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















