Icma.az
close
up
RU
Anomal istilər hələ başlamayıb, hər şey qabaqdadır AÇIQLAMA

Anomal istilər hələ başlamayıb, hər şey qabaqdadır AÇIQLAMA

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə ərazisində, xüsusilə Bakıda uzun sürən sərin və yağışlı havadan sonra temperaturun qısa müddətdə yüksəlməsi insanların sağlamlığına təsiri ilə bağlı sualları artırıb. 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən həkim-professor Adil Qeybulla bildirib ki, hazırda müşahidə olunan temperatur mövsüm üçün normal hesab olunmalıdır:

“Mən bu istiləri anormal saymıram. Temperatur 25 dərəcədir və bu, anomal istilik deyil. Anormal istiləri 40 dərəcə və daha yüksək temperatur hesab etmək olar. Əksinə, yaz-yay dövründə isti havaların olması normaldır”.

Professorun sözlərinə görə, insanların isti havadan qorunmaq üçün kifayət qədər imkanları var:

“Sərinləndirici vasitələr mövcuddur. Evdə və avtomobildə kondisioner, ağac kölgəlikləri və digər vasitələrdən istifadə etmək mümkündür. İnsan müəyyən saatlarda evdə qala bilər”.

Adil Qeybulla qeyd edib ki, hazırda dünya qlobal istiləşmə dövrünü yaşayır və bu prosesin gələcəkdə daha da güclənəcəyi proqnozlaşdırılır:

“İnsanların sayı artır. Fosil yanacaqların istifadəsi, avtomobillərdən çıxan qazlar, istehsal fəaliyyəti böyük karbon emissiyası yaradır. Göydə hər an minlərlə təyyarə var və onların da emissiyaları mövcuddur. Bütün bunlar qlobal istiləşməyə səbəb olur”.

Həkim-professor bildirib ki, atmosferdə toplanan karbon qazı istiliyi saxlayaraq temperaturun yüksəlməsinə təsir göstərir:

“Havada asılı qalan karbon qazı istiliyi özündə saxlayır və atmosferin soyumasının qarşısını alır. Bu səbəbdən dünyada istiləşmə prosesi daha da sürətlənir”.

Adil Qeybulla hesab edir ki, hazırkı hava şəraiti hələlik təhlükəli səviyyədə deyil, lakin qlobal istiləşmə ilə bağlı risklər getdikcə artır:

“Hazırda bunu qlobal və anomal istilər adlandırmaq düzgün deyil. Amma bütövlükdə dünyada çox ciddi vəziyyət yaranıb və alimlər bu məsələ üzərində ciddi düşünməlidirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 May 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see231

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see171

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri