Anomal istilərin güclənəcəyi gözlənilir KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qərbi Avropanın bəzi ölkələrində may ayının sonuna doğru temperatur rekordları qeydə alına bilər.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Həftənin sonuna doğru İspaniya və Portuqaliyada ekstremal istilərin daha da güclənməsi gözlənilir. Portuqaliyanın bəzi bölgələrində havanın temperaturunun hətta 40 dərəcəyə çata biləcəyi proqnozlaşdırılır.
Fransa, Belçika və Böyük Britaniyada da meteoroloqlar yaxın günlərdə may ayının iqlim normasından xeyli yüksək temperatur gözləyirlər. Fransanın Milli Meteorologiya Xidməti isti hava dalğası ilə əlaqədar mayın 25-də Paris də daxil olmaqla, ölkənin 18 departamentində yüksək təhlükə səviyyəsi elan edib.
Britaniya meteoroloqları isə mayın 25-də ölkədə cari ilin may ayı üzrə ən yüksək temperatur göstəricisini qeydə alıblar. Belə ki, London və ətraf ərazilərdə havanın temperaturu 34 dərəcəyədək yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 26 May 2026 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















