Icma.az
close
up
RU
Antarktidanın qorxulu elçisi : Ekosistemi məhv edə bilər

Antarktidanın qorxulu elçisi : Ekosistemi məhv edə bilər

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın ən böyük aysberqi hesab edilən A23a parçalanmağa başlayıb. Ondan təxminən 80 kv.km sahəyə malik böyük bir hissə qopub. Bu, ümumi 3360 kv.km-lik sahənin kiçik bir hissəsi olsa da, yenə də ciddi təhlükə yaradır.

Qaynarinfo bu barədə "RIA Novosti"yə istinadən xəbər verir.

Sürüşən buz kütləsi gündə 48 km sürətlə Şimali Cənubi Corciya adasına doğru irəliləyir. Bu, ekspertlər arasında narahatlıq yaradır. Onlar hesab edirlər ki, aysberq orada yaşayan canlılar üçün təhlükə törədə bilər.

Britaniya Antarktika Xidmətindən okeanoqraf Endryu Meyers bildirib ki, bu, bu qədər böyük ölçüdə ilk qopan parçadır.

"A23a təxminən bir trilyon ton ağırlığındadır. Aysberqin sualtı hissəsi görünən səthindən 10 dəfə böyükdür. Keçmişdə bu cür nəhənglər iri fraqmentlər itirdikdən sonra bir neçə həftə ərzində tamamilə parçalanırdı", deyə o, AFP agentliyinə müsahibəsində deyib.

A23a 1986-cı ildə Antarktidada Filxner şelf buzlağından qopub və uzun müddət yerində qalıb. Lakin 2020-ci ildən etibarən şimal istiqamətində hərəkət etməyə başlayıb, dəniz cərəyanlarına görə zaman-zaman sürətini azaldıb.

İsti sular və eroziya təsiri altında aysberq tədricən dağılır. Hazırda A23a dünyanın ən böyük aysberqi hesab olunur - görünüşü "Taxt oyunları" serialındakı buz divarını xatırladır. Lakin onun aqibəti artıq bəllidir: digər aysberqlər kimi o da zamanla kiçik hissələrə ayrılacaq.

A23a kimi aysberqlərin əriməsi qlobal istiləşmənin vacib göstəricisidir və bu proses dünya okeanının səviyyəsinə təsir göstərə bilər. Bu isə öz növbəsində Nyu-York, Honq-Konq, London və Amsterdam kimi iri sahilyanı şəhərlərin su altında qalması təhlükəsini artırır. Müəyyən şərtlər altında Sankt-Peterburqun da su altında qalma ehtimalı var.

Bu ərazilərin daşqınlara məruz qalması milyonlarla insanın evlərini tərk etməsinə və misli görünməmiş miqyasda miqrasiya böhranına səbəb ola bilər. Bundan əlavə, aysberqlərin əriməsi nəticəsində okeanlarda duzluluq və temperatur dəyişə bilər ki, bu da ekosistemlərin məhv olmasına gətirib çıxara bilər. Belə dəyişikliklər dəniz florası və faunası üçün ciddi nəticələr doğura bilər. Ekosistemlərin dəyişməsi tez-tez bəzi növlərin məhv olması və biomüxtəlifliyin azalması ilə nəticələnir. Bu da öz növbəsində dəniz mühitinin dayanıqlığını azaldır.

Aysberqlərin əriməsi həm də iqlim şəraitinə təsir göstərir. Buz şelfləri və aysberqlər Günəş işığını əks etdirmək və planetin əsas bölgələrində aşağı temperaturu qorumaq üçün mühüm rol oynayır. Okean cərəyanlarında dəyişikliklər yeni soyuma və ya isinmə dövrü yarada bilər ki, bu da qasırğa, güclü yağış və quraqlıq kimi ekstremal hava hadisələrinin artmasına səbəb ola bilər.

Bu dəyişikliklər iqlim modelini pozaraq kənd təsərrüfatına, içməli su ehtiyatlarına və insanların sağlamlığına təsir göstərə bilər.

Bundan başqa, bu proses dəniz dibində donmuş halda olan metan qazının sərbəst buraxılmasına gətirib çıxara bilər. Metan istixana effektini gücləndirən əsas qazlardan biridir və bu, istiliyin daha çox buz əriməsinə səbəb olduğu təhlükəli bir dövrə səbəb ola bilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri