Icma.az
close
up
RU
Bu məhsul BAHALAŞACAQ KONKRET

Bu məhsul BAHALAŞACAQ KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Hindistanda düyü ixracına 30 faizlik vergi tətbiqi gündəmdədir. Belə ki, Hindistan hökuməti daxili bazarda təklifi artırmaq və qiymətlərin kəskin yüksəlməsinin qarşısını almaq məqsədilə basmati düyüsü istisna olmaqla, digər düyü növlərinin ixracına 30 faizlik vergi tətbiq edilməsi təklifini nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, “Financial Express”ə məlumat verən mənbələr bu məhsullar üçün minimum ixrac qiymətinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin də davam etdiyini bildiriblər. “El Nino”nun təsiri ilə musson mövsümünün kharif əkin dövründə istehsalın azalacağı gözlənilir. Bu arada pərakəndə satış qiymətləri yüksəlməkdə davam edir.

Nəzərə alaq ki, Hindistandan ölkəmizə də böyük ölçüdə düyü idxal edilir. Ona görə də yeni vergi idxal olunan Hindistan düyüsünün qiymətlərinə ciddi təsir edəcək.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, 2025-ci ildə ümumi düyü idxalının 70 faizi Hindistanın payına düşüb:

“Ərzaq təhlükəsizliyi baxımından da bu çox riskli göstəricidir. Çünki ixracatçı ölkədə baş verən iqtisadi təlatümlər idxalçı ölkələrə çox asanlıqla sirayət edə bilir. Ona görə də gec olmadan alternativlər axtarılmalıdır. Qazaxıstan, Pakistan, Vyetnam və digər ölkələrin ixrac imkanlarından istifadə olunmalıdır. Eyni zamanda, yerli düyünün istehsalı stimullaşdırılmalıdır.

Nəzərə alaq ki, yerli düyü keyfiyyətcə idxal olunan düyülərdən xeyli üstündür. Bir sözlə, Hindistan düyüsündən asılılıq aradan qaldırılmalıdır.

Hazırda Hindistanın daxili bazarında düyü təchizatı sahəsində problemlər yaşanır. Yerli hökümət daxili tələbatı ödəmək üçün ixraca tətbiq olunan vergiləri 30 faiz bahalaşdırmaq istəyir. İxrac qiymətlərinin 30 faiz bahalaşması isə idxalçı ölkələrdə özünü daha böyük rəqəmlə ifadə edə bilər. Bu mənada Hindistan hökuməti vergiləri artırsa, yaxın gələcəkdə ölkəmizdə düyü bahalaşacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Noyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri