Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030 cu ilədək 44 trilyon dollara çatdıra bilər
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Süni intellektin (Sİ) inkişafı müəyyən şərtlər daxilində 2030-cu ilədək ABŞ iqtisadiyyatının həcmini təxminən 50 faiz artıraraq ümumi daxili məhsulun (ÜDM) 44 trilyon dollara çatmasını təmin edə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Amerikanın Anthropic şirkətinin həmtəsisçisi Cek Klark Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının Banqkokda keçirilən illik toplantılarında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu proqnoz Anthropic şirkətinin daxili modellərindən biri əsasında hazırlanıb. Hesablamalar süni intellekt texnologiyalarının daha da təkmilləşəcəyini və artıq elmi tədqiqatların sürətlənməsinə töhfə verən bu texnologiyaların gələcəkdə daha böyük nəticələrə səbəb olacağını nəzərdə tutur.
Klark ABŞ iqtisadiyyatının hazırkı 30 trilyon dollardan bir qədər çox olan ÜDM-nin 44 trilyon dollara yüksəlməsi ehtimalını şərh edərkən belə bir ssenarinin ilk baxışdan inandırıcı görünmədiyini etiraf edib.
"Bunun tamamilə qeyri-real səsləndiyini başa düşürəm", – deyə o qeyd edib.
Bununla yanaşı, Anthropic şirkətinin həmtəsisçisi süni intellektin sürətli inkişafının ciddi təhlükələr yaratdığı barədə xəbərdarlıq edib. Onun fikrincə, bu texnologiyadan bioloji və kiber silahların hazırlanması məqsədilə istifadə olunması mümkün risklər sırasındadır.
"Yaxın illərdə təkcə süni intellekt sahəsində deyil, bütövlükdə elmdə tərəqqinin sürəti artacaq. Bu, böyük sərvət yaradacaq, lakin eyni zamanda ciddi təhdidlərə də yol aça bilər", – deyə Klark bildirib.
O, süni intellektin inkişafı ilə bağlı risklərin qarşısının alınması üçün dövlətləri beynəlxalq əməkdaşlığı gücləndirməyə və texnologiyanın tənzimlənməsi üzrə sərt qaydalar hazırlamağa çağırıb. Klark vurğulayıb ki, zəruri tədbirlərin görülməsi üçün cəmi bir neçə il vaxt qalıb.
Şirkət rəhbəri süni intellektin əmək bazarına təsirinə də toxunub. Onun sözlərinə görə, bu texnologiyanın tətbiqi artıq bəzi sahələrdə iş yerlərinin azalmasına səbəb olsa da, eyni zamanda yeni məşğulluq imkanları yaradır. Bu imkanlar, xüsusilə, elmi tədqiqatlar sahəsində özünü göstərə bilər.
Beləliklə, Klarkın fikrincə, süni intellekt yaxın illərdə iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevrilə bilər. Lakin bu potensialdan səmərəli istifadə etmək üçün texnoloji tərəqqi ilə yanaşı, onun doğura biləcəyi təhlükələrin idarə olunması da vacib olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 17 Oktyabr 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















