Icma.az
close
up
RU
Antibiotiklər insanı hansı halda öldürə bilər

Antibiotiklər insanı hansı halda öldürə bilər

Icma.az, Medicina saytına istinadən bildirir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, antibiotiklərə qarşı müqavimət ictimai sağlamlıq və qlobal inkişaf üçün ən böyük təhlükələrdən biridir. Təşkilat antibiotiklərə davamlı bakteriyaların qlobal siyahısını dərc edib: təhlillər göstərib ki, patogenlərin 60%-i artıq geniş istifadə olunan dərmanlara reaksiya vermir.



"Medicina" xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, 2019-cu ildə dünyada 1,27 milyon insan antibiotiklərin faydasız olduğu bakterial infeksiyalar səbəbindən dünyasını dəyişib. Bu, HİV, QİÇS və malyariya ilə müqayisədə xeyli çoxdur.

Vəziyyət daim pisləşir və patogenlərlə mübarizənin mövcud metodunun qeyri-adekvatlığını nümayiş etdirən yeni tədqiqatlar ortaya çıxır.

Məsələn, 2023-cü ildə Sidney Universitetinin mütəxəssisləri 86 ölkədən 6648 uşaq antibiotikini sınaqdan keçiriblər. Bu dərmanlar ÜST tərəfindən sətəlcəm, sepsis və meningit kimi ümumi və həyati təhlükəsi olan uşaqlıq infeksiyalarının müalicəsi üçün tövsiyə edilib. Məlum olub ki, onların effektivliyi 50%-dən çox azalıb. Mütəxəssislər qeyd edirlər ki, mövcud vəziyyətdən ən çox əziyyət çəkən uşaqlardır, çünki inkişafda olan bir neçə analoq böyüklər üzərində sınaqdan keçirilir və uşaqlarda həmişə eyni klinik təsir göstərmir.

Üstəlik, antibiotiklərin istifadəsini azaltsaq belə, bakteriyaların dərmanlarla mübarizə aparmasına kömək edən genlərin təkamülü dayanmayacaq.

Belə ki, 2017-ci ildə Çin hökuməti heyvan yemində böyümə stimulyatoru kimi kolistinin (ən güclü antibiotiklərdən biri) istifadəsini qadağan edib. Bununla belə, Çində aparılan genişmiqyaslı tədqiqatlar gözləniləndən daha aşağı göstəricilərlə nəticələnib. Alimlər belə qənaətə gəliblər ki, antibiotik istehlakının azaldılması problemin həlli deyil. Təhlükəli bakteriyalarla mübarizədə əsaslı yeni yanaşmalar üzərində işləmək lazımdır.

Bu gün bütün dünyada antibiotiklərə oxşar təsiri olan alternativ dərmanların yaradılması istiqamətində aktiv iş aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 28 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri