Icma.az
close
up
RU
Antibiotiklərə davamlılıqla mübarizədə yeni mərhələ

Antibiotiklərə davamlılıqla mübarizədə yeni mərhələ

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Müasir təbabətin ən böyük nailiyyətlərindən biri infeksion xəstəliklərin qarşısını almağa və onları müalicə etməyə imkan verən antibiotiklərin yaradılmasıdır. Lakin zaman keçdikcə bu böyük elmi kəşfin qarşısında yeni və təhlükəli problem yaranıb: mikroorqanizmlərin dərmanlara qarşı davamlılıq qazanması. Bu gün antibiotiklərin təsirini itirməsi təkcə tibbin deyil, bütövlükdə qlobal səhiyyə təhlükəsizliyinin qarşısında dayanan ciddi çağırışlardan biridir.

Ümumdünya Səhiyyə Təşkilatının bu gün yaydığı yeni məlumat Asiya-Sakit okean regionunda antimikrob dərmanlara davamlılıqla mübarizə istiqamətində görülən işlərin vəziyyətini ortaya qoyur. ÜST-nin məlumatına görə, regionun 28 ölkəsi bu sahədə milli fəaliyyət planlarının icrası ilə bağlı məlumatlarını təqdim edib. Araşdırmanın nəticələri göstərir ki, ölkələr əvvəlki dövrlə müqayisədə daha sistemli və ölçülə bilən strategiyalar hazırlamağa başlayıblar. Bununla belə, maliyyələşmə məsələsi hələ də əsas problemlərdən biri olaraq qalır.

Söhbət yalnız bir dərmanın təsirinin azalmasından getmir. Antimikrob davamlılıq bakteriyaların və digər infeksiyaya səbəb olan mikroorqanizmlərin onları məhv etmək üçün istifadə edilən dərmanlara qarşı müqavimət qazanması deməkdir. Nəticədə əvvəllər asanlıqla müalicə olunan infeksiyalar daha ağır və uzunmüddətli müalicə tələb edə bilər. Bu isə həm xəstələrin həyatını, həm də səhiyyə sistemlərinin dayanıqlığını təhdid edir.

ÜST-nin açıqladığı rəqəmlər problemin miqyasını aydın göstərir. Təşkilatın məlumatına əsasən, 2019-cu ildə Asiya-Sakit okean regionunda antimikrob davamlılıqla əlaqəli təxminən 2,6 milyon ölüm qeydə alınıb. Onlardan 680 mindən çoxunun birbaşa antimikrob davamlılıqla əlaqəli olduğu bildirilir. ÜST-nin Qərbi Sakit okean regionu üzrə qiymətləndirməsinə görə isə 2020–2030-cu illər ərzində antimikrob davamlılıq 5 milyondan çox insanın ölümünə səbəb ola və 148 milyard ABŞ dollarınadək iqtisadi itki yarada bilər.

Bununla yanaşı, regionda mübarizə mexanizmlərinin təkmilləşdirilməsi də müşahidə olunur. Məlumat təqdim edən 28 ölkədən 27-si çoxsektorlu antimikrob davamlılıq üzrə ən azı bir milli fəaliyyət planını təsdiqləyib. Onlardan 14-ü artıq ikinci, üçü isə üçüncü fəaliyyət planını həyata keçirir. Yeni nəsil planların əvvəlkilərlə müqayisədə daha konkret və ölçülə bilən olması diqqət çəkir. İkinci nəsil planların 67 faizi maliyyə baxımından hesablanıb, halbuki ilk planlarda bu göstərici 33 faiz olub. Monitorinq və qiymətləndirmə mexanizmləri də əhəmiyyətli dərəcədə artıb.

Lakin elmi və təşkilati yanaşmaların təkmilləşməsi maliyyə imkanlarının eyni sürətlə artması ilə müşayiət olunmur. ÜST bildirir ki, fəaliyyət planı olan 27 ölkənin 49 faizində həmin planların ümumiyyətlə maliyyə hesablaması aparılmayıb. Planların yalnız 44 faizi tam, 7 faizi isə qismən maliyyələşdirilib. Bu vəziyyət göstərir ki, elmi əsaslandırılmış strategiyanın mövcudluğu hələ onun real həyatda tam həyata keçirilməsi demək deyil.

Problemin başqa mühüm tərəfi infeksiyaların yayılmasının qarşısının alınmasıdır. Su, sanitariya və gigiyena xidmətləri səhiyyə müəssisələrində infeksiyaların yayılmasını azaltmaq və nəticə etibarilə antibiotiklərə olan ehtiyacı aşağı salmaq üçün mühüm vasitədir. Lakin məlumat təqdim edən 28 ölkənin yalnız 16-sı, yəni 57 faizi səhiyyə müəssisələrinin 75 faizindən çoxunda bu xidmətlərin mövcud olduğunu bildirib.

Antibiotiklərin düzgün seçilməsi və istifadəsi də mübarizənin əsas istiqamətlərindəndir. ÜST-nin məlumatına görə, məlumat təqdim edən ölkələrin yalnız doqquzunda antibiotik istifadəsinin 70 faizindən çoxu təşkilatın “Access” qrupuna daxil olan preparatların payına düşür. Bu qrup ümumi infeksiyaların müalicəsində effektiv olan və müqavimətin yaranmasına daha az təkan verən dar spektrli antibiotikləri əhatə edir.

Məhz buna görə ÜST və Yaponiya hökuməti Asiya və Sakit okean ölkələrini milli fəaliyyət planlarını tam maliyyələşdirməyə, səhiyyə müəssisələrində su, sanitariya və infeksiyalara nəzarət imkanlarını genişləndirməyə, dərmanlara davamlı infeksiyaların monitorinqini gücləndirməyə və antimikrob preparatlardan daha düzgün istifadəni təmin etməyə çağırıb.

Bu gün elmi tərəqqinin qarşısında dayanan ən mühüm vəzifələrdən biri yalnız yeni dərmanlar yaratmaq deyil, mövcud müalicə imkanlarını gələcək nəsillər üçün qorumaqdır. Çünki antibiotikin təsir etdiyi bir dünya ilə antibiotiklərin təsirsiz qaldığı dünya arasında fərq bəzən bir insan həyatının taleyini müəyyən edə bilər.

Asiya-Sakit okean regionundan təqdim edilən yeni məlumatlar göstərir ki, antimikrob davamlılıqla mübarizədə elmi bilik, düzgün səhiyyə siyasəti, nəzarət mexanizmləri və davamlı maliyyələşmə bir-birindən ayrı düşünülə bilməz. Müasir təbabətin sabahı yalnız laboratoriyalarda deyil, həm də bu gün qəbul edilən qərarlardan asılıdır.

Nurəngiz Adilqızı
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri