Icma.az
close
up
RU
Antiseptik təsir göstərir, mikrobları öldürür, menstruasiya ağrılarını azaldır... Qızılgülün min bir faydası

Antiseptik təsir göstərir, mikrobları öldürür, menstruasiya ağrılarını azaldır... Qızılgülün min bir faydası

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Qızılgül yağı, qızılgül dəmləməsi qədim zamanlardan müalicəvi vasitə kimi tanınır və geniş istifadə olunur.

Qədimdə sinir sistemi, ağciyər, ürək, böyrək, dəri xəstəlikləri zamanı qızılgüldən hazırlanmış tinkturalar, yağlar, dəmləmələr çox geniş istifadə olunurdu. Dahi Avisennanın elmi əsərlərində qızılgül haqqında məlumatlar, müalicəvi reseptlər var.

"Med News” xəbər verir ki, qızılgülün əsas müalicəvi komponenti efir yağıdır. Qızılgülün efir yağı çox güclü stimullaşdırıcı, bərpaedici, cavanlaşdırıcı tərirə malikdir.

Qızılgülün faydaları:

- ürək-damar sisteminə çox müsbət təsir edir - ürək əzələsini möhkəmləndirir, aterosklerozun qarşısını alır, damarlarda spazmları azaldır, ürək ağrıları zamanı faydalıdır

- sinir sisteminə sakitləşdirici təsir edir, nevroz, stress, depressiya zamanı çox faydalıdır

- mədə-bağırsaq sisteminə antiseptik təsir göstərir, mikrobları öldürür

- immun sistemini möhkəmləndirir

- angina zamanı müalicəvi təsir edir

- baş ağrısını və menstruasiya ağrılarını azaldır

- orqanizmi cavanlaşdırır və tonuslaşdırır

- dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı dərinin bərpasını sürətləndirir

- kosmetologiyada çox geniş istifadə olunur - dərini təmizləyir, cavanlaşdırır, təravətləndirir

- damaqların itihabı, stomatit zamanı qızılgül suyu ilə qarqara çox yaxşı müalicəvi təsir edir

- nəfəs yolları mikroblardan və selikdən təmizləyir .

Müalicəvi reseptlər:

1. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər isti su tökün, 30 dəqiqə dəmləyin və bu dəmləməni gün ərzində kiçik qurtumlarla için. Bu dəmləmə ürək, sinir sistemi xəstəlikləri zamanı çox faydalıdır, həzm sisteminə antiseptik təsir göstərir. Angina, stomatit, damaq iltihabları zamanı bu dəmləmə ilə qarqara edin.

2. 1/2 l-lik bankaya qızılgül ləçəkləri yığın. Bankanın yuxarısına qədər ilıq zeytun yağı tökün. Bankanı 14 gün ərzində sərin qaranlıq yerdə saxlayın. 14 gündən sonra yağı süzün. Bu yağ müxtəlif dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı çox yaxşı müalicəvi təsir edir.

3. Baş ağrıları, miqren tutması zamanı kiçik ləyənə qızılgül yarpaqları qoyun, üzərinə isti su tökün. Ləyəni xəstənin yanında qoyun. Ətirli buxar çox yaxşı sakitləşdirir, ağrıları azaldır.

4. Nevroz, stress, depressiya zamanı qızılgül yağı əlavə olunmuş vannalar çox faydalıdır.

5. Kosmetologiyada qızılgül losyonları, maskaları və s. geniş istifadə olunur. Ev şəraitində də belə losyon hazırlamaq olar. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər araq tökün və 10 gün  sərin qaranlıq yerdə saxlayın. Sonra losyonu süzün. Belə losyon dərini təmizləyir, dərinin yağlılığını azaldır, rəngini yaxşılaşdırır.

6. Qızılgül çayı çox faydalı müalicəvi və profilaktik vasitədir. İmmun sistemini, ürəyi möhkəmləndirir, sakitləşdirir, iltihabları azaldır.

1 xörək qaşığı təzə və ya 1 çay qaşığı quru qızılgül yarpaqları 1 stəkan isti suda dəmlənilir və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri