Antonio Konte: “Latsio”ya ən yaxşı futbolunu göstərməyə imkan vermədik
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliyanın “Napoli” komandasının baş məşqçisi Antonio Konte A Seriyasının 18-ci turunda “Latsio” üzərində 2:0 hesablı qələbədən sonra komandasının oyununu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında futbolçularının həm fiziki, həm də texniki baxımdan yüksək səviyyə göstərdiyini bildirib.
“Güclü rəqibə qarşı bu səviyyədə oynamaq asan deyil. Mən fiziki dözümlülük və texniki ustalıq gördüm. Biz oyuna nəzarət etdik və “Latsio”ya ən yaxşı futbolunu göstərməyə imkan vermədik.
Bu gün çox yüksək səviyyə göstərdik. Bu səviyyəni qorumağa davam etməliyik, baxmayaraq ki, hər üç gündə bir oynamaq çox yorucudur.
Ümid edirəm ki, Nereslə baş verən ciddi deyil (o, 69-cu dəqiqədə zədə səbəbindən meydanı tərk edib), amma zədəlilərimizin çoxluğunu nəzərə alsaq, heyəti rotasiya etmək indi çox çətindir. Mən məşqçiyəm və mənim vəzifəm resurslarımızı optimallaşdırmaqdır. Bu gün göstərdiyimiz səviyyəni saxlamaq üçün hər kəsin enerjisinə və daha çox səylərə ehtiyacımız olacaq”, - deyə Konte vurğulayıb.
Qeyd edək ki, “Napoli” 17 oyundan sonra 37 xalla A Seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Çempionata 38 xalla “Milan” başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 Yanvar 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















