Antonio Quttereş: Husilər tərəfindən saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları tərəfindən qanunsuz şəkildə saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir.
APA xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quttereş “X” platformasındakı paylaşımında bildirib.
“Husi üsyançılarının qanunsuz saxladığı 7 BMT əməkdaşının dərhal və qeyd-şərtsiz azad edilməsini, habelə əvvəllər saxlanılan və hələ də tutulmuş şəxslərin azad edilməsini tələb edirəm. BMT personalı və tərəfdaşları, vəzifələrini yerinə yetirərkən hədəf alınmamalı, həbs olunmamalı və ya saxlanılmamalıdır”, - deyə Quttereş paylaşımında vurğulayıb.

Antonio Quttereş: BMT nin 7 əməkdaşı dərhal...
25 Yanvar 2025 16:31
Antonio Quttereş COP29un işçi heyəti və könüllülərlə xatirə fotosu çəkdirdi FOTO
24 Noyabr 2024 19:50
Quttereş Livana gedib
16 Yanvar 2025 23:19
BMT əməkdaşı ÖLDÜRÜLDÜ
11 Fevral 2025 21:41
Husilər BMT əməkdaşlarını girov götürüblər
24 Yanvar 2025 18:05

