Icma.az
close
up
RU
AP dən ilk dəfə türk nazirə sanksiya tələbi: Ankaradan cavab

AP dən ilk dəfə türk nazirə sanksiya tələbi: Ankaradan cavab

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Cümhuriyyəti demokratik qanunun aliliyi ənənəsinə malik müstəqil və suveren bir ölkədir. Türkiyə məhkəmə sistemi qərarlarını konstitusiya, qanunlar və millətimiz adından sahib olduğu məhkəmə səlahiyyətləri çərçivəsində qəbul edir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial şəbəkə hesabında Avropa Parlamentinin (AP) ölkəsi ilə bağlı hesabatına reaksiya verərkən qeyd edib.

“Türkiyədə davam edən məhkəmə proseslərini təhrif etmək və hələ də istintaq altında olan işlər əsasında siyasi kampaniyalar aparmaq, eləcə də Türkiyə məhkəmə sisteminə və mənə qarşı əsassız ittihamlar irəli sürmək yalnız ideoloji qərəzlə izah edilə bilən bir münasibətdir. Avropa Parlamentindəki müəyyən dairələr tərəfindən təşviq edilən bu siyasi motivli yanaşma, bu şəxslərin təmsil etdiyi qurumların etibarlılığını sarsıdır. Bizim üçün həqiqətən vacib olan əziz millətimizin vicdanı və müstəqil Türkiyə məhkəmələrinin qərarlarıdır.

Avropa Parlamentinin hesabatları məsləhət xarakterli siyasi mətnlərdir. Bu mətnlər vasitəsilə Türkiyə Cümhuriyyətinin məhkəmə qurumlarını hədəf almaq milli iradəyə və dövlətimizin suveren hüquqlarına qarşı boş bir cəhddir.

Bələdiyyə idarəçiliyindən tutmuş seçki kampaniyalarına qədər müxtəlif məsələlərdə mübahisələrə səbəb olan AP üzvünün öz siyasi karyerasında şəffaflıq, etika və hesabatlılıqla bağlı ictimai müzakirələri də araşdırması məqsədəuyğun olardı.

Türkiyə terrorizm, mütəşəkkil cinayətkarlıq, korrupsiya və hər cür qanunsuzluğa qarşı mübarizəsini qətiyyətlə davam etdirir. Bu mübarizəni nə daxildən, nə də xaricdən aparılan siyasi təzyiq kampaniyaları poza bilməz”, - nazir bildirib.

Qeyd edək ki, AP-nin plenar iclasında (17 İyun - red) səsverməyə çıxarılacaq Türkiyə ilə bağlı son hesabat layihəsində ilk dəfə türk məmura qarşı sanksiyalar tətbiq edilməsi tələbi yer alır. Layihə mətnində insan haqlarının pozulmasında məsul hesab edilən ədliyyə naziri Akın Gürlekin aktivlərinin dondurulması tələb olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 İyun 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri