Icma.az
close
up
RU
Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir: Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar

Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir: Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış aparıcı İdris Cəfərov Dövlət Gömrük Komitəsi ilə bağlı araşdırma aparılmasını tələb edəcək. 

Pravda.az xəbər verir ki, o, xaricdən qayıdarkən üzləşdiyi maneələri sadalayıb.

“Bakıya qayıdanda çox maraqlı faktla rastlaşdım. Dubaydan gəlirdim. Hamınız bilirsiniz ki, Dubaya mal aparıb-gətirənlərə “dəvə” deyirlər... Təyyarənin 60-70%-i “dəvələrdən” - mal daşıyan insanlardan ibarət idi. Azərbaycan qanunvericiliyinə görə, bir vətəndaş ölkəyə geri dönərkən 800 dollar məbləğində özü üçün fərdi alış-veriş edə bilər. Gömrükdə hamının baqajı çıxdı, mənimlə bərabər 5-6 nəfərin baqajı isə çıxmadı. Onlar da turist kimi gedən insanlar idilər. Sonda bizim baqajlar xüsusi qırmızı lentlərlə gəldi, guya içində nəsə var. Çantamda 6 kilo xurma, 4 qutu şokolad, içi çərəzli xurma, oxumaq üçün elektron kitab, tozsoran, 3 ədəd təbii sabun, 3 ədəd ətir var idi, vəssalam. Bütün bunların qiyməti 800 dolları keçmir. Fikir verdim ki, mənimlə birgə çantasına qırmızı lent yapışdırılan insanların da çantasında heç nə yoxdur. Halbuki ölkəyə bizim reyslə, təxminən, 150 telefon, 50 notbuk, nə lazımdırsa, daxil oldu, heç kimə qırmızı lent yapışdırılmadı. Belə başa düşdüm ki, sadə vətəndaşların çantasına iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar. Hamımızı "qırmızı xətt"ə saldılar. On gün pulumu xərcləyib istirahət etmişəm, burnumdan gəldi... Maraqlısı budur ki, mal gətirənlər yaşıl dəhlizdən keçdilər. Məndən əvvəlki sərnişin pərdə gətirmişdi, telefon gətirməyib. Telefon gətirənlərdən heç kimi "qırmızı xətt"ə salmadılar. Onlar telefonu bəyan etdilər, 36% vergisini ödəyəcəklər. Bəs onların özləri üçün gətirdikləri mal da var axı... Yoxlama imitasiyası gedə-gedə real gələn mallar ölkəyə daxil olur. Bu sistemin başı haradadır? Soruşdum ki, çantama qırmızı lent nəyə görə yapışdırılıb? Gömrük əməkdaşı dedi ki, xüsusi baxış keçirilməlidir. Dedim ki, problem yoxdur, xurmalara baxmaq istəyirsiniz? Dedi ki, sizi tanıyıram, İdrissiniz, gedə bilərsiniz. Sağ olsunlar hörmət edib, buraxıblar. Məsələ bunda deyil ki, mən ölkəyə nəsə gətirmişdim. Bu müraciəti adi vətəndaş kimi edirəm. Burada nəsə situasiya var və bu situasiyadan çıxmaq üçün adi insanların səbrindən, əsəbindən, mədəniyyətindən istifadə edirlər. Mən də bu mexanizmin iyrənc bir hissəsi oldum. Yolda keçirdiyim vaxtdan əlavə 1 saat da itirmişəm. Bir saat ərzində isə bütün “dəvələr” hamısı keçir, heç kim onları görmür. Nə baş verir? Mənə bu məsələnin açıqlaması maraqlıdır. İşlərini görürlər, amma lazım olmayan adamlarla, adi vətəndaşları incidərək, narahatlıq törədərək. Əvvəlki rəhbərliyin dövründə nə baş verirdi? Məsələn, Ukraynadan bir nəfər gələcəksə, əvvəlcədən gömrüklə danışırdı. Növbədəki işçi öz növbəsinin olduğunu xəbər edirdi, həmin insan da çantanı doldururdu, yaşıl dəhlizlə keçirdi, növbədəki Ərəstun (şərti ad-red) da buna göz yumurdu. Buna görə də bir çanta üçün növbədəki gömrük işçisinə 500 dollar verirdilər... Mənə demişdilər ki, Dubay reysi iyrənclikdir, burnundan gəlir. Xaricdə xoş gün keçirib, istirahət edib, Vətənə qayıtdıqdan sonra 1 saat yarım vaxtımı niyə aldılar? Kimsə pul qazanır, sxem qurur, mən isə vətəndaş kimi incidilirəm. COP29-dan sonra bu məsələ ilə bağlı daxili istintaqın açılmasına çalışacağam”. 

Aytəkin Qardaşova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 Noyabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see434

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see197

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see114

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see114

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

Özbəkistan Mərkəzi Bankı dünyada ən çox qızıl satan ölkə olaraq qalır

04 İyun 2025 08:40see110

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see110

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri