Icma.az
close
up
RU
APL klublarının qış hazırlığı: transferdə onlar aktivdi

APL klublarının qış hazırlığı: transferdə onlar aktivdi

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqası klubları qış transfer çalışmalarına start verib.

“FutbolPress“in məlumatına görə, artıq bir neçə komanda yeni oyunçu ilə güclənib. Transfer dönəminin bu günə qədər ən aktiv klubları “Səbail”, “Şamaxı” və “Turan Tovuz”dur.

“Şamaxı” və “Turan Tovuz” hərəyə 2, “Səbail” isə 3 yeni oyunçu ilə güclənib.

“Şamaxı” azərbaycanlı futbolçular Cəlal Hüseynov və Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmasının üzvləri mövsümün ikinci dövrəsində “şirlər”in uğurları üçün çalışacaq.

“Turan Tovuz” isə “Sumqayıt”dan Rəhim Sadıxovu, Rusiyanın “Dinamo” (Mahaçqala) klubundan isə Anton Kraçovskini transfer edib. Rəhim bu mövsüm qeyri-stabil oyunu ilə diqqət çəkir. Yarımmüdafiəçi “Sumqayıt”da gözləntiləri qarşılaya bilmədiyi üçün gözdən düşdü və klubunu dəyişməli oldu. Kraçovski isə bu mövsüm “Dinamo”da cəmi 4 oyunda meydana çıxıb. “Turan Tovuz” oyunçunun özünü göstərməsi üçün bir imkandır.

“Səbail” isə Qazaxıstanın “Turan” klubundan müdafiəçi Marko Nikoliç, yerli hücumçu Mirabdulla Abbasov və ruandalı forvard İnnosent Nşutini transfer edib. Nikoliç ortabab ölkələrdə top qovan ortabab müdafiəçilərdəndir. Onun performansını Premyer Liqa matçlarında daha yaxından görəcəyik. Mirabdulla isə demək olar, bir mövsümə yaxındır, klubsuz idi. Karyerasını bitirdiyi düşünülürdü, lakin “Səbail” onun köməyinə ehtiyac duyub. Mirabdullanın Premyer Liqa təcrübəsi var və formasını yığa bilsə, “dənizçilər” üçün faydalı ola bilər. Nşuti isə son olaraq ABŞ-də “Knoxvill”də forma geyinib. 2024-cü ilin yanvarından dekabrına kimi aşağı liqa klubunda top qovan hücumçu 20 oyunda qol vura bilməyib. Nşuti ümumilikdə klub karyerasında 31 oyunda cəmi 1 qol vurub. Nşuti Ruanda yığmasında 10 oyunda 2 dəfə fərqlənib.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Yanvar 2025 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri