Icma.az
close
up
RU
APL klublarının transfer fəallığı

APL klublarının transfer fəallığı

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqası klublarının transfer hərəkətliliyi son dönəmlərdə artıb.

Klublar mövsümün startına bir aya yaxın vaxt qala yeni oyunçu keçidlərində aktivlik göstərir. Komandaların əsas axtarışları Portuqaliyadandır. “Qarabağ” və “Şamaxı” transferlərinin böyük hissəsini bu ölkədə top qovanlardan edib.

Konfrans Liqasında mübarizə aparacaq “Zirə” və “Araz-Naxçıvan” diqqəti yerli klublara yönəldib. Komandalarında az şans qazanan legionerlərlə güclənən klublar ölkə xaricində də axtarışlarını davam etdirir.

Maliyyə çətinliklərinə görə akademiyasının fəaliyyətini məhdudlaşdıran “Qəbələ”nin 4 transferi də əcnəbidir. Bu, futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.

Futbol mütəxəssis Aslan Kərimov klubların transfer fəallığını belə dəyərləndirdi:

“Komandaların transferləri ötən ilə nisbətən daha artıb. Daha çox əcnəbi oyunçular transfer edilir. Bu da legioner limitinin ləğvi ilə bağlıdır. Ümumiyyətlə, transferlərin necə olacağını bilmək üçün 3-4 oyun lazımdır. “Qəbələ” və “Zirə” gənc oyunçular transfer edib. Bu, gələcəyə atılmış addım kimidir. “Sabah”, “Neftçi” Portuqaliya, Fransadan olan oyunçular gətirir. Bu ölkədən gələnlərin də müəyyən səviyyəsi var və çempionatımız üçün kifayət edə bilər”.

Yeni mövsüm elitada çıxış edəcək “Karvan” və “İmişli” də əsas diqqətini əcnəbi oyunçu transferinə verib. Artıq klublar bir neçə legionerlə rəsmi müqavilə imzalayıb. “Karvan” əcnəbi axtarışları ilə yanaşı, yerli oyunçu transferiylə də məşğuldur. “Turan Tovuz”dan ayrılan Eltun Turabov, sabiq “Neftçi”li Araz Abdullayev komandanın yeni oyunçuları arasındadır.

Baş məşqçi postuna Saşa İliçi gətirən “Sumqayıt” da səssizliyini pozub. “Kimyaçılar” son bir həftədə iki transferlə gündəmə gəlib. Sayın qarşıdakı həftədə bir az da artacağı gözlənilir. Gedənləri çox, gələnləri az olanlar isə “Neftçi” və “Kəpəz”dir. Ötənilki heyətin böyük qismi ilə vidalaşan klublar transferdə daha sakitdir.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 İyul 2025 03:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri