APOEL Mahir Emreli üçün hərəkətə keçdi
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyanın “Kayzerslautern” futbol klubunun hücumçusu Mahir Emreli karyerasını Kiprdə davam etdirə bilər.
İdman.Biz Kiprin “Goal News” nəşrinə istinadən xəbər verir ki, APOEL Azərbaycan milli komandasının üzvünün transferi üçün Almaniya klubuna rəsmi müraciət edib. Nikosiya təmsilçisi 28 yaşlı futbolçunun keçidini yay transfer pəncərəsi zamanı həll etmək niyyətindədir.
Mənbənin məlumatına görə, Mahir “Kayzerslautern”də kifayət qədər oyun şansı qazanmadığı üçün komandadan ayrılmağa müsbət yanaşır. APOEL isə hücumçunu transfer siyahısındakı əsas namizədlərdən biri hesab edir.
Almaniyanın “Der Betze brennt” nəşri də Kipr klubunun Mahir üçün təklif göndərdiyini yazıb. Almaniya mətbuatında futbolçunun qüvvədə olan müqaviləsinə baxmayaraq, yeni mövsümdə “Kayzerslautern”in planlarında yer almasının gözlənilmədiyi bildirilir.
Qeyd edək ki, Mahir Emrelinin “Kayzerslautern”lə müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 14 İyun 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















